Top 10 similar words or synonyms for zirzəmilər

talvar    0.727666

ovdanlar    0.721131

хəzinənin    0.720539

nеkropol    0.716990

kаnаlın    0.716118

tаğlаrdаn    0.715513

yonularaq    0.713071

arkaların    0.712089

dаşlаrındаn    0.706776

divаrlаrın    0.705528

Top 30 analogous words or synonyms for zirzəmilər

Article Example
Yuxarı Əylis Karvansarası Yuxarı Əylis kəndinin mərkəzində, hаzırdа “Bаzаr mеydаnı” аdlаnаn yеrdə оrtа əsrlər zаmаnı böyük ticаrət mərkəzi оlmuş, müхtəlif ölkələrdən gələn tаcirlər burаdа аlvеr еtmişlər. Bаzаrdа çохlu dükаnlаr, dükаnlаrın аltındа zirzəmilər оlmuşdur. Bu zirzəmilər аnbаr rоlunu оynаmış, kənаr yеrlərdən ticarət karvanları ilə gətirilən mаllаr bu аnbаrlаrdа sахlаnılmışdır. Həmin аnbаrlаrın çохu indiyədək sаlаmаt vəziyyətdə gəlib çаtmışdır. Zirzəmilər inşа еdilərkən аğаc, tахtа mаtеriаlındаn istifаdə еdilməmiş, kənddəki mədrəsədə оlduğu kimi tаvаn dаş və əhənglə оvаlvаri fоrmаdа hörülmüşdür.
Şimal könlücəsi Mağaralar, zirzəmilər, binaların müxtəlif hissələri, qayadakı dərin yarıqları onların qış sığınacaqları hesab olunur. Soyuğa yüksək dərəcədə davamlılığı sayəsində payızın axırına qədər fəal olur və başqa yarasalar üçün yararlı olmayan soyuq sığınacaqlarda belə qışlayırlar.
Frauenkirxa (Drezden) rauenkirxa kilsəsinin yerüstü hissəsinin yaradılmasından öncə, dağıntılar altında salamat qalmış yeraltı kripta zirzəmilərinin bərpasına başlanılmışdır. Kilsənin tikinti işlərinin aparıldığı dövrdə, zirzəmilər müvəqqəti olaraq ibadət mərasimlərinin keçirilməsi üçün istifadə edilirdi, həftəsonu günlərdə isə bura ziyarətçilər və turistlər üçün açıq məkana çevrilir və burada müxtəlif konsert mərasimləri yerinə yetirilirdi. Kilsə zirzəmiləri hələ 21 avqust 1996-cı ildə təntənəli şəkildə təqdis olunmuşdur və həmin dövrdən etibarən kilsənin dirçəldilməsi prosesinə start verilmişdir.
Titanik (gəmi) Kapitan Edvard Smit toqquşma anında kapitan kabinində olmamışdır. Toqquşma anında bir neçə dəqiqə sonra kabinə daxil olan Smit gəmidə bütün hərəkətin dayanmasını əmr etdi. Toqquşmadan 10 dəqiqə sonra 4 metr hündürlüyündə olan bütün zirzəmilər su ilə dolmuşdu. Titanikin texniklərindən olan Hutkinson və Tomas Andreu B göyərtəsində yerləşən teleqraf otağında gəminin vəziyyəti barədə birlikdə araşdırma apardılar. Aparılan araşdırma tez bir zamanda yekunlaşdı və ümumi qərar qəbul olundu. Titanik yaxın 2 saat ərzində bataçaqdı. Titanik aysberqlə saat 23:40 da toqquşmuşdur.
Titanik (gəmi) Müşahidəçi Fletin aysberqi qarşıda dayanması haqqında kapitan kabininə xəbər verdikdən sonra toqquşmaya 37 saniyə qaldığı ehtimal olunur. Gəminin sağ tərəfi aysberqin zərbəsindən deşilmişdir. Gəmini saxlayan əsas dayaqlar zərbə nəticəsində əyilmişdir. Alt hissədən suyun daxil olması gəminin sağ tərəfinin deşilməsi səbəbindən sürətlənmişdir. Ümümi hesablamalara əsasən aysberqin Titanikə vurduğu təsir 10 saniyə davam etmişdir. Qazanxanada yerləşən su nasosları zirzəmilərə sürətlə daxil olan yüksək təziqli suyu geri vura biliridi. Qazanxana dairəsinin suyla dolması nasosların işini mümkünsüz edirdi. Qısa müddətdə digər zirzəmilərədə su daxil olmağa başladı. Zirzəmilər arasında olan qapıların bağlanmasına baxmayaraq, suyun qarşısını almaq mümkün olmurdu.
Böyük London yanğını Yanğınların inkişafında çay ətrafı zonalar vacib rol oynamışdır. Temzanın sularından yanğının yatırılması üçün istifadə olunurdu. Çay,həmçinin, qayıqlarla xilas olmağa yardımçı olurdu. Lakin yanğınların peyda olma riski də çox böyük idi. Belə ki çayın boyunca yanan maddələrin saxlanıldığı zirzəmilər və mağazalar olan kasıb məhəllələr yerləşirdi. Həmçinin, Londonda çay boyunca xeyli sayda qara barıt saxlanılırdı. Belə barıtın çox hissəsinə vaxtilə vətəndaş müharibəsi zamanı Oliver Kromvelin yaratmış olduğu yeni növ ordunun keçmiş üzvlərinin evlərində rast gəlinirdi. Onlar öz muşket və barıtlarını hələ də saxlayırdılar. 500-dən 600 tona qədər barıt Tauer körpüsünün şimal hissəsində olan Tauer qəsrində qorunub saxlanılırdı.
Müqəddəs İsaak kafedralı Mühafizəçilər müharibə dövrü şəraitində kafedralın aldığı bütün zədələri tətqiq edərək, təmir işlərinin aparılması üçün hazırlıq tədbirlərini yerinə yetirmişdilər. 1942-ci ilin yaz və yay aylarında baş vermiş qəzalardan sonra suyun zirzəmilərdən çıxardılmasına çox güc sərf olunmuşdur. Həmin zirzəmilər o zaman yağış suları ilə demək olar tamamilə dolmuşdur. Bu üzdən aşağıdakı zirzəmilərdə qalan yeşikləri və suyun təsirindən islanmaya məruz qalmış muzey eksponatlarını yubanmadan çıxartmaq və onları qurutmaq lazım idi. Xoşbəxtlikdən, Oranienbaum sarayının mebellərindən və Şəhər tarixinin muzeyindən olan kitabxana materiallarından başqa demək olar ki, bütün əşyalar sağ-salamat qalmışdılar. Oğurluq və digər gözlənilməz hadisələrin öncədən qarşısının alınması məqsədilə, kafedral ərazisində elmi əməkdaşların fasiləsiz növbətçiliyi tətbiq edilmişdir. Muzey yükünün mövcudluğunun dövrələnməsi, tutuşdurulması və yoxlanması, həmçinin plombların tamlığının nəzarəti və temperatur tərəddüdləri, rütubətlər, qəzalı hadisələr haqda "Növbətçi kitabında" saxlama şərtlərinin qeydiyyatı burada çalışan növbətçilərin əsas vəzifəsi öhdədiklərinə daxil edilmişdir.
Lvov orta əsrlərdə Bazar meydanının polixrom siması bir çox detalda Lvovun XVI əsrin ikinci yarısına aid edilən təkrarolunmaz obrazını formalaşdırır (məhz həmin dövrdə şəhərdə renessans üslubunun çiçəklənməsi başlanır). Meydanın hər dörd tərəfində üç pəncərə sırasından ibarət olan hündür və dar evlər üstünlük təşkil edirlər (o zamanın ənənələrinə uyğun olaraq, hər mərtəbədəki 2 pəncərə parad, yəni qonaqların qəbul edilməsi, bir pəncərə isə yataq otağı üçün nəzərdə tutulurdu). O vaxtın qanunlarına əsasən, meydana baxan pəncərələrin sayını artırmaq üçün hakimiyyətin xüsusi icazəsi və böyük verginin ödənişi tələb olunurdu. Qotik quruluşa malik bünəvrələrin və aşağı mərtəbələrin üzərində tikilmiş bir çox evlər erkən dövrlərin fraqmentlərini qoruyub saxlamışdır (məsələn, xaçvari tavanların nervyurları və çatma qövsləri, qotik portallar və XV əsrin kərpic hörmələri ilə bəzədilmiş zirzəmilər).
Kiçik nalburun Əsasən, dağlıq ərazilərə (xüsusən meşələrə) meyl göstərir, arid və antropogen landşaftlarda adidir, dağ çəmənlərində nadirdir. Meşələrdə və bağlarda yerləşən müxtəlif tikililərdə asanlıqla məskunlaşırlar. R.hipposideros – oturaq həyat tərzi sürən növdür, təbii və süni yaradılmış mağaralar, boş qalan binalar, zirzəmilər, damlar və s. kimi yerlərdə məskunlaşırlar. Fəsillərlə əlaqədar kiçik yerdəyişmələr edirlər. Kiçik nalburunlar ehtiyatlı və ürkəkdirlər. Təhlükə yarandığı halda sığınacaqlarını tərk edirlər. Digər yarasa növləri ilə əlaqədən çəkinirlər. Günəş batdıqdan 30 - 40 dəqiqə sonra, hələ qaranlıq düşməmiş ova çıxırlar. Bir qayda olaraq yemi sığınacaqlarının yaxınlığında axtarırlar. Körpə yarasaların yedizdirilməsi dövründə isə gecə ərzində çox tez-tez sığınacaqlarına qayıdırlar. Səhər saat 5:00 – 5:40 radələrində gözdən itirlər. Ov zamanı ağaclar arasında, tarlaların, bostanların üzərində uçaraq kiçik kəpənəkləri və ikiqanadlıları ovlayırlar. Cütləşmə payızda, doğuşlar iyunda-iyulun əvvəllərində baş verir. Bir bala verirlər. Balalar 20 - 30 gündən sonra fəal uçmağa başlayırlar. Sığınacaqlarda açıq şəkildə asılmış vəziyyətdə olurlar, bu da onların ölüm ehtimalını çoxaldır. Qış koloniyalarında fərdlər çox vaxt tək-tək asılırlar.
Anikşçyay Bəzi alimlar və yazıçılar (E.Volteris, A.Venuolis) Şərqi Avropanın ən böyük taxta qalası-Litvanın ilk paytaxtı olan Vorutanı Anikşyay tərəflərdə axtarmağa cəhd göstəriblər, çünki Livon səlnaməsində bəzi ərazilərin və onların xüsusiyyətlərinin təsviri Anikşyay ətraflarını əks etdirir. Məhz burada, Mindauqasa tac qoyulan, Şelminişkelyay kəndin yaxınlığında ucalan kurqanın onun paytaxtı olması ehtimalı var, burada yoxa çıxmış Voruta qalası yerləşirdi. İki çalanın arasında dar çıxıntıda yerləşən şəhər, onun qazıntıları, təşkili, arxeoloqların fikrincə X-XIV əsrlərə aid oluna bilər. Bir əfsanəyə görə qalanın altında daş-qaşla dolu iri zirzəmilər var idi və yaxınlığda yerləşən daşlı yer isə əbədi qayalara dönmüş Voruta qalasının müdafiəçilərinin lənətə gəlmiş düşmənləridir. Hal-hazırda kurqan araşdırma obyektidir və Şərgi Pribaltikada ən tədqiq edilən sayılır. 2000-ci ildə Varyalisin üzərindən körpü tikilmişdir, 2004-cü ildə isə kurqanın yanında baxış qülləsi ucalmışdır.