Top 10 similar words or synonyms for yaradılması

qurulması    0.767767

açılması    0.718410

təşkili    0.705559

yaradılmasının    0.697495

yaradılmasını    0.688135

bərpası    0.687500

yaradılmasına    0.678358

hazırlanması    0.662498

yaranması    0.659080

yaradılmasında    0.658582

Top 30 analogous words or synonyms for yaradılması

Article Example
Adəmin yaradılması Adəmin yaradılması () — təxminən 1511-1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş fresko rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. “Adəmin yaradılması” əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "“Mona Liza”" əsəri ilə müqayisə edilə bilər.
Adəmin yaradılması Ümumi qəbul edilmiş fikrə görə “Adəmin yaradılması” yuxarıda qeyd edilmiş Yaradılış 1:27 ayəsini təsvir edir. Mikelancelonun ilham mənbəyi və mövzuya baxışını formalaşdıran ehtimal ki, "atanın sağ əlinin barmağı" ifadəsinin ("digitus paternae dexterae") səsləndiyi "“Veni Creator Spiritus”" adlı orta əsr himni olmuşdur.
Adəmin yaradılması Mikelancelonun “Adəmin yaradılması”nda təsvir etdiyi Adəm obrazı üçün əsas ilham mənbəyinin Oktavian Avqustu çılpaq təsvir edən oğlaq kameosu olduğu ehtimal edilir. Həmin kameo hazırda Nortamberlenddəki Alnik qəsrində saxlanılır. Kameo Mikelancelonun tavan rəsmlərini işlədiyi vaxt Romada yaşamış kardinal Domeniko Qrimaniyə məxsus olmuşdur. Məlumatlara görə Mikelancelo və Qrimani dost olmuşlar. Bəzi tədqiqatçılar isə Mikelancelonun əsasən Lorenzo Gilbertininin “Adəmin yaradılması” əsərindəki Adəm fiqurundan ilhamlandığını iddia edirlər. Qrimaninin kameosu isə alternativ nəzəriyyə kimi qəbul edilir.
Adəmin yaradılması Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "“Sonuncu şam yeməyi”" və Mikelancelonun “Adəmin yaradılması” freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir.
Adəmin yaradılması Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilmişdir. Tanrının sağ əli Adəmə həyat qığılcımı vermək üçün bir qədər irəli çıxır, onun qarşısında isə Tanrının güzgüdə əksi təəssüratı yaradan formada Adəmin əli qabağa uzanır. Bu Yaradılış kitabından aşağıdakı ayəni əks etdirir:
Adəmin yaradılması Başqa bir mövqeyə görə isə Tanrı və Adəmin barmaqları toqquşmur. Bu mövqeyə görə həyatverici olan Tanrı Adəmi özündən aşağıda tutaraq sanki, bərabər olmadıqlarını göstərmək istəyir.
Adəmin yaradılması Tanrının ətrafındakı fiqurların identikləşdirilməsi və anlamı haqqında müxtəlif nəzəriyyələr yaradılmışdır. Tanrının sol əli ilə saxladığı fiqur qadın xarici görünüşü olduğuna və adəmə doğru baxdığına görə Həvva olması fikri səsləndirilmiş, lakin həmin fiqurun Bakirə Məryəm, Sofiya, şəxsləşdirilmiş insan ruhu və ya qadın görünüşlü mələk olması fikrini bildirənlər də olmuşdur.
Adəmin yaradılması “Adəmin yaradılması” əsərinin yüksək orijinal kompozisiyasının mənası ətrafında bir neçə nəzəriyyə formalaşdırılmışdır ki, onların da əksəri Mikelancelonun yaxşı sənədləşdirilmiş insan anatomiyası bilgisi nöqteyi-nəzərindən şərh olunur. 1990-cı ildə İndiana ştatının Anderson şəhərindən olan həkim Frenk Meşberger "“Amerika Tibb Assosasiyası Jurnalı”"nda nəşr edilmiş məqaləsində qeyd edir ki, Tanrının arxasındakı fonun quruluşu və fiqurların düzülüşü dəqiq şəkildə insan beyininin quruluşunu əks etdirir. Həkim Meşbergerin bu nəzəriyyəsi həkim Mark Li Eypler tərəfindən müzakirə edilmişdir. Əsərə yaxından baxdıqda insan beynini əks etdirməsi iddia olunan hissədə uc beyinin əsas şıramları, beyinin daxili və xarici səthi, beyin sapı, alın payı, bazilyar arteriya, hipofiz və görmə sinirlərinin kiyazmasını da görmək olur.
Adəmin yaradılması Başqa bir fikirə görə isə Tanrının ətrafındakı qırmızı bulud insan uşaqlığı formasına malikdir (tarixçi Adrian Stoks öz əsərində bunu bədii formada "“uşaqlıq mantiya”" adlandırır) və aşağı sallanan yaşıl detal isə yeni kəsilmiş göbək ciyəsini göstərir. Enriko Bruşini 2004-cü ildə bu nəzəriyyəyə diqqət yetirərək qeyd edir ki, Yaradılmanın fiiki baxımdan yeni insanın doğulması kimi təsvir edildiyini görmək çox maraqlı bir fikirdir. Onun fikrincə bu nəzəriyyə həm də ana tərəfindən doğulmadan Tanrının yaratdığı Adəmdə göbəyin olmasını da izah edir.
Adəmin yaradılması Bütün zamanların ən məşhur sənət əsərlərindən biri olan “Adəmin yaradılması” müxtəlif zamanlarda ən müxtəlif janrlarda olan sənət nümunələri üçün ilham mənbəyi olmuş, əsərin müxtəlif replika və parodiyaları hazırlanmışdır. Con Elvinin Stiven Spilberqin “Yad planetli” filmi üçün hazırladığı poster kimi bəzi müasir sənət nümunələri xeyli məşhurlaşmışdır. Simpsonlar, Mappetlər, Sezam küçəsi, Yavaşladılmış inkişaf kimi bir çox məşhur televiziya şoularında əsərin parodiyaları işlənmişdir. “Tenacious D” qrupunun “The Pick of Destiny ” albomunun üz qabığı da birbaşa Mikelancelonun əsərinə parodiyadır.