Top 10 similar words or synonyms for rahibliyi

NotFoundError    0.789

Top 30 analogous words or synonyms for rahibliyi

Article Example
Xristian rahibliyi Xristian rahibliyinin vətəni Misir hesab olunur. Rahibliyin yaradıcısı Böyük Antonius (251-356) olmuşdur. Onun həyatı haqqında İsgəndəriyyəli Afanasios məlumat vermişdir. Antonius Misirdə, xristian ailəsində anadan olmuşdu. İyirmi yaşında olarkən, onun valideynləri vəfat etmişdirlər. Bu itkidən kədərlənən Antonius kilsədə olarkən, bir keşişin “hər şeyi buraxıb İsanın ardınca getmək” çağırışını eşitmişdi. Bu çağırışa səs verən Antonius öz əmlakını kasıblara paylayıb, rahib həyatına qədəm qoymuşdur. Əvvəlcə o, bir rahibin tələbəsi olmuşdu, sonra isə onu buraxıb, səhrada həyatını davam etmişdi. Orada o təklikdə, düşüncələrə qapılaraq, 26 il ərzində, yalnız dostları tərəfindən gətirilən quru çörəklə qidalanaraq, ibadətlə məşğul olmuşdur.
Xristian rahibliyi Antoniusdan sonra Misir səhralarına çoxlu rahiblər gəlmişdirlər. Onlar orada “monasterion” (monastır) adlanan koloniyalar yaratmışdılar. Bu koloniyaların öz adətləri, qayda-qanunları var idi. Monasterionlar ən məşhur rahibləri tərəfindən idarə olunurdular. Antoniusun dövründə daha bir tanınmış rahib yaşamışdı. Onun adı Ammonius idi. O da Misir səhrasında öz koloniyasını yaratmışdır. Burada onlar gündəlik əmək və ibadətlərlə məşğul olmuşdurlar.
Xristian rahibliyi Ən tanınmış Misir rahiblərindən biri Pontlu Yevaqrios (Euagrios Pontikos) (346-399) olmuşdur. O kappadokiyalı atalarla bir dövrdə yaşamışdır və onlarla tanış idi. Nazianzlı Qreqor onu diakon vəzifəsinə təyin etmişdir. Lakin sonra, Yevaqrios rahiblik həyatına üstünlük verərək, Misir səhrasına getmiş və orada digər rahiblərlə birlikdə yaşamışdır. Bundan başqa, Yevaqrios yunan fəlsəfəsini, xüsusilə Platon irsini yaxşı bilirdi və Origenin dünyagörüşünə hörmətlə yanaşırdı.
Xristian rahibliyi 306-cı ildən başlayaraq, Antonius, öz ətrafına tələbələri yığmağa başlamışdır. Tədricən o, məşhur bir insan kimi tanınmışdır. Antoniusun xeyir-duasını almaq üçün Misirin çeşidli məntəqələrindən onun yanına adamlar gəlirdilər. Daha sonra Antoniusun məşhurluğu daha da artmışdır və imperator Konstantin ona ehtiramla dolu məktub yazmışdı. Antonius 356-cı ildə 105 yaşında vəfat etmişdi.
Xristian rahibliyi Səhralarda abid həyatın sürülməsi təsadüfi hal deyil idi. Xristian rahiblərindən öncə yəhudilərin də bəzi təriqətləri (kumran icması kimi) səhralarda məskunlaşıb, dünyadan uzaqlaşırdılar. Eyni zamanda səhra qədim yəhudilər üçün yad bir yerin rəmzi olmuşdur. “İom Kippur” adlanan gündə onlar səhraya "«bütün İsrailin günahlarını öz üstündə aparan»" keçini səhraya buraxıb, özlərini günahlardan təmizlənmiş hesab edirdilər. Beləliklə səhra həm də günahların toplandığı bir yer kimi düşünülürdü və orada rahib həyatı keçirmək Tanrının nurunu zülmətə gətirmək rəmzi daşıyırdı.
Xristian rahibliyi Xristian rahibliyi — Xristianlıqda tərkidünyalıq, həyatı Tanrıya ibadət etməyə həsr edərək abidlik həyatı sürməkdir.
Xristian rahibliyi Bu inanclar sonralar Xristianlıqda da öz əksini tapmışdır. Məhz səhrada şeytan İsanı sınağa çəkmişdi. Səhrada şeytan hökm sürür, Tanrının nuru ora çatmır. Buna görə də xristian rahibləri öz həyat tərzi və ibadətləri ilə, oranı zülmətdən qurtarıb İlahi nurla doldururdular.
Xristian rahibliyi Qadın monastırları da IV yüzilliyin əvvəllərində təsis olunmuşdur. Burada qadınlar ərə getməmək və bakirə qalmaq andını verirdilər. Misirdən sonra rahiblik Fələstində, Suriyada, Anadoluda da yayılmağa başlamışdı. Səhralara çəkilən rahiblər, eyni zamanda, bununla kilsədə hökm sürən mənəviyyatsızlıqlara, ədalətsizliklərə, Kilsə iyerarxiyasına qarşı etiraz edirdilər. Lakin sonra Kilsə rahiblik hərəkatını öz təsiri altına ala bilmişdi.
Xristian rahibliyi Platonun, sonra isə Origenin ardıcılı olaraq, Yevaqrios insanın bədənini onun ruhunun zindanı hesab edirdi və onun azadlığı üçün, ömrü ibadətlə keçirməyin tərəfdarı idi. Daha doğrusu, mənəvi fəaliyyət nəticəsində bədəndən azad olmaq olar və bu kamilliyə gətirən ən qısa yoldur. Yevaqrios bir sıra kitab müəllifi olmuşdur. Onun «Praktikos» əsəri rahib həyatına praktiki girişdir. Bu kitabda müəllif, rahib həyatının xüsusiyyətlərindən, bu həyatın daim şeytanlar tərəfindən törədilən şəhvəti hisslərlə mübarizələrdən ibarət olduğu haqqında yazmışdır. Bu kitabın ardı olaraq Yevaqrios «Gnostikos» (Qnostikos) adlanan kitabını da yazmışdır. Bu kitabda isə, rahibin Tanrının ən yüksək biliyinə (qnosisə) can atdığını təsvir etmişdir. «De oratione» (Dua haqqında) kitabında Yevaqrios ibadət və anlamaq anlayışları arasında bağlılıqdan yazmışdır. Bu əsərdə o, rahib həyatının əsasını ibadətlərin təşkil etməsi haqqında söhbət açmışdı. İsanın arxasınca getmək, Yevaqriosun fikrincə, ardı kəsilməyən ibadətlərlə məşğul olmaq deməkdir. Lakin bu ibadətlər və dualar ağılla edilməlidir. Yəni, ibadət edilən zaman insanın əqli daim Tanrı ilə ünsiyyətdə olmalıdır. Yevaqriosun fikrincə, rahib dünyadan aralanmalı, lakin hər şeylə ahəngdə olmalıdır. Origenusun ardıcılı olduğuna görə, Yevaqrios rəsmi kilsə tərəfindən pislənmişdi, lakin onun rahiblik haqqında fikirləri gələcəkdə Kilsənin mənəvi həyatında çox böyük rol oynamışdır.
Xristian rahibliyi Misirin ən məşhur rahiblərindən biri Misirli Makarius (Macarius) olmuşdur. O təxminən 295-ci ildə anadan olmuşdur. 30 yaşında olarkən o tərkidünya olaraq səhralara getmiş və 60 il ərzində orada rahib həyatını yaşamışdı və 390-cı ildə vəfat etmişdir. Makarius tərəfindən bir sıra kitablar yazılmışdır. Lakin bu gün, onların bir çoxunun həqiqətən ona aid olub-olmaması haqqında tədqiqatçılar arasında böyük şübhələr vardır. Bu kitabların ən tanınmışı «Mənəvi söhbətlər» adlanır. Bu əsərdə müəllif, Bibliya rəvayətlərini alleqorik tərzdə yozmalara məruz qoyurdu. Tanrı ilə ünsiyyətə çatma məqamı Makarius üçün əqlin vasitəsi ilə baş verməməlidir, qəlblə duyulmalıdır. Ümumiyyətlə qəlb, onun fikrincə, şəxsiyyətin ağasıdır. Orada insana xas olan hər bir yaxşı cəhət yerləşir. Xristian dininin həqiqət olduğunu da əqllə deyil, qəlblə duymaq lazımdır. Beləliklə, Makariusun “qəlblə ibadət” etməsi prinsipi də Yevaqriosun “ağıl ilə ibadət” prinsipi kimi rahiblər tərəfindən qəbul edilmişdir. Gələcəkdə bu iki prinsip birləşdirilmişdir. Həm qəlb, həm də ağıl vahid bir şey kimi anlaşılmışdır.