Top 10 similar words or synonyms for qneyslərin

mineralıdır    0.876854

əmələgəlmələrdə    0.835699

jelvaklar    0.831651

bazaltların    0.825240

leysitli    0.823262

qabbroidlər    0.822206

qranulitlər    0.821322

andezitlərin    0.821263

pikrit    0.820184

əmələgəlmələrin    0.818146

Top 30 analogous words or synonyms for qneyslərin

Article Example
Regional metamorfizm Regional metamorfizm - birtərəfli hidrostatik təzyiq və temperatur təsiri altında süxurlarda baş verən metamorfik dəyişilmələrin məcmusu; regional metamorfizm böyük sahələrdə maqmanın bilavasitə təsirindən asılı olmayıb, Yer qabığının  mütəhərrik qurşaqlarının əmələ gəlməsi ilə əlaqədar olaraq təzahür edir. Bu qurşağların vulkanogen-çökmə əmələgəlmələrinin regional metamorfizm süxurların artan temperatur və təzyiq zonasına paralel-ardıcıl keçməsi zamanı baş verir. Böyük dərinliklərdə hidrostatik təzyiqin rolu artır və birtərəfli təzyiqin təsiri isə get-gedə azalır. Regional metamorfizm metamorfik və kristallik şist və qneyslərin əmələ gəlməsinə səbəb olur.
Biotit (mineral) Turş və orta intruziv süxurların süxur əmələgətirən mineralıdır. Mineralın vulkanogen əmələgəlmələri əsasən turş lavalarda müşahidə edilir. Biotitin iri yığınlarına peqmatitlərdə rast gəlinir: burada o, tez-tez çox iri (bəzən 7 m) kristallar əmələ gətirir. Bəzi metamorfik süxurların–qneyslərin, kristallik şistlərin və roqoviklərin səciyyəvi mineralıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, çöl şpatları, nefelin, muskovit, qranat, kianit, jedrit, andaluzit, kordiyerit, hipersten və b. Mineralın tapıldığı yerlər: Skandinaviya; Qrenlandiya; İlmen və Vişnyovıye dağları (Rusiya) və b. Azərbaycanda turş və orta intruziv əmələgəlmələrdə, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və s. qeyd edilmişdir.
Kianit Regional metamorfikləşmiş gil süxurlarının (mikalı şistlərin, qneyslərin), ekloqitlərin, amfibolitlərin səciyyəvi mineralıdır. Kianitə alp tipli kvars damarlarında və peqmatitlərdə də rast gəlinir. Aksessor kianit qranitlərdə qeyd edilir. Kianit çökmə süxurların adi qırıntı mineralıdır. Kimyəvi cəhətdən dayanıqlı birləşmə olan kianit səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: qranat, stavrolit, andaluzit, rutil, korund, soizit və b. Mineralın tapıldığı yerlər: Lapsa-Buru (Hindistan); Bernsvill, Çokalit-Mauntins (ABŞ); Borisovski, Novomixaylovski, Çaynıtski (Rusiya); Çepelare (Bolqarıstan) və s. Azərbaycanda kianit Paraqaçay rutil təzahüründə, Bakı arxipelaqının palçıq vulkanlarının tullantılarında, məhsuldar qatın qumlarında və bəzi başqa məntəqələrdə aşkar edilmişdir.
Stilbit (mineral) Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur.
Nefelin qrupu Nefelin qrupu - bu qrupa 2 əsas mineral daxildir: nefelin NaK[AlSiO] və kalsilit. Seriyanın natriumlu sonuncu üzvü olan aşağı temperaturlu nefelin davamlıdır. Sonuncu 900° C-də yüksək temperaturlu nefelin, 1254° C-də isə karnegiitə keçir. Dərinlik süxurlarında və qneyslərdəki nefelin tərkibi nəzəri formulaya yaxındır və kaliumla zəngindir. Nefelin bəzən Ca daşıyır. Nizamlı və qeyri-nizamlı nefelin məlumdur. Heksaqonal Habitus prizmatik, qısa dirəkvari, qalın lövhəli. İkiləşmə {100}, {335}, {112} üzrə. Ayrılma {1010} və {0001} üzrə qeyri-mükəmməl. Rəngsiz, boz, ətrəngi qırmızı. Parıltı şüşəlidən yağlıya qədər. Sərtliyi 5,5-6. Xüsusi çəki 2,6. Asanlıqla analsimə, kankrinitə, sodalitə, natrolitə, liberenitə keçir. SiO ilə kasıb olan müxtəlif süxurların və qneyslərin səciyyəvi komponentidir. Nefelin (sinonim: Eleolit) alüminium, silikat - gel, soda almaq üçün xammal kimi istifadə edilir. Kənd təsərrüfatında torflu turş torpaqlarda gübrə kimi işlədilir.