Top 10 similar words or synonyms for poemalarda

vyasa    0.864295

vədud    0.853137

çiyinayaqlılar    0.851140

budug    0.845394

ارومیه    0.843829

outlines    0.843155

poesia    0.842200

reznik    0.840612

şərvanlar    0.839907

nushiyyə    0.839468

Top 30 analogous words or synonyms for poemalarda

Article Example
Rəvayət Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür.
Epik-lirik janr Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur. Hadisələrin epik təsviri üstünlük təşkil edən əsər epik-lirik əsər adlanır. Məsələn, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması epik-lirik əsərdir.
Qazax ədəbiyyatı «Koblandı-batır»ın süjeti oxucuda dövrümüzə gəlib çatdığı şəkildə ayrı-ayrı müstəqil süjetlərdən və nəğmələrdən ibarət olduğu şübhəsini oyatmır. Digər epik poemalarda olduğu kimi «Koblandı-batır» eposunda da süjetin əsas ana xətti baş qəhrəmanın şəxsi maraqları ilə yox, onun ictimai borcu, vəzifəsinin yerinə yetirilməsi ilə bağlıdır. Koblandının bütün qəhrəmanlığı, sücaəti onun doğma torpaqları qoruması, öz tayfasını, qonşu tayfaları, çöllükdə olan var-dövlət qorumaq, müdafiə etməklə bağlıdır. Qızılbaş xanı Qazan, kalmık xanı Alşağır qıpçaq aullarına hücum edir, Koblandının vətənini tapdaq altında qoyub onu külə döndərir:
Sirlər xəzinəsi Nizami “Sirlər Xəzinəsi”ndə əsas mətləbə başlamazdan əvvəl tövhid, nət, merac, əsərin ithaf edildiyi şəxsə xitab, kitabın yazılması səbəbi və sonda xətmi-kitab, habelə hər bir nəzəri məqalətə aid yalnız bir didaktik hekayə vermək kimi formaları ədəbiyyata gətirməklə didaktik poema janrını forma cəhətdən təkmilləşdirmişdir. Fars dəri dilində Nizaminin “Sirlər Xəzinəsi”nə kimi əruz vəzninin səri bəhrində ayrı-ayrı beytlər olsa da, böyük həcmli didaktik poemalarda bu bəhrdən istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. “Sirlər Xəzinəsi”ndən əvvəl yazılmış didaktik poemalar isə Əruzun Həzəc bəhrində yazılmışdır.
Sirlər xəzinəsi Nizaminin “Sirlər Xəzinəsi” kompozisiya quruluşu və həcmi ilə özündən əvvəlki didaktik poemalardan fərqləniyi kimi, bəhrinin orijinallığı ilə də diqqəti cəlb edir. “Sirlər Xəzinəsi”ndən əvvəl didaktik poemalarda bir qayda olaraq əruz vəzninin xəfif bəhrindən istifadə olunurdu. Nizami isə öz poeması üçün səri bəhrini seçmişdir. Əsədi Tusinin "“Loğat-ül-fors”"undakı səri bəhrindəki bir neçə beyt nəzərə alınmazsa, birinci dəfə səri bəhrini didaktik-əxlaqi mövzuda Nizami işlətmişdir. Şair özü də bəhr cəhətdən ona qədər məsnəvi-poema yaradanları təkrar etmədiyini, yeni bir bəhrlə yazdığını etiraf edib göstərir ki, o keçmiş ənənəni pozaraq yeni bir oyun qurmuş, yeni bir qəlibdən heykəl tökmüşdür.
Hindistan mədəniyyəti Qədim hind-veda mədəniyyətində epik poemalar – "Mahabharata" ("Bharat nəslinin böyük müharibəsi") və "Ramayana" ("Ramanın qəhrəmanlıqları haqqında hekayələr") mühüm yer tutur. Poemaların mətnləri e.ə. I minilliyin II yarısında reallaşdırılmışdır. Hər iki poema müqəddəs kitablar hesab edilərək hər hansı bir münaqişədə, dini, fəlsəfi və əxlaqi məsələlərin həllində istifadə edilirdi. Buradakı fantastik səhnələr bir-birini qədim hindlilərin həyat tərzindən olan səhnələrlə əvəz edir. Bu əsərlərin qəhrəmanları Krişna və Rama hind dini panteonuna Vişna allahının təcəssümü kimi daxil olmuşdur. Sonralar Konfutsi, Aristotel, Kant və d. əsərlərində səslənən «Özünə məsləhət bilmədiyini başqasına da bilmə» fikri ilk dəfə bu poemalarda səslənmişdi. Həqiqətən də Veda, Mahabharata və Ramayana hind xalq müdrikliyinin əsil ensiklopediyası hesab edilməlidir.
Corc Bayron «Şərq poemaları»nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlətmişdir. Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: «hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir. Bayronun «Korinfin mühazirəsi" poeması «Şərq poemaları» içərisində ən xarakterik əsərlərdən biridir. Şair burada vətəndən didərgin düşən qəhrəmanların öz düşmənlərinə qarşı necə amansız intiqam ehtirası ilə yandığını, sevgilisi Françeskaya olan yüksək məhəbbətini, dinə münasibətini göstərir.
Nizami Gəncəvi Nizami Gəncəvi “Sirlər Xəzinəsi”ni yazarkən özünə qədər şərq ədəbiyyatında sabitləşmiş bir sıra ənənələri təkmilləşdirərək orijinal mövqedən çıxış etmişdir. Həmin cəhət birinci dəfə hind alimi Ə. A. Əhmədin diqqətini cəlb etmişdir. O, qeyd edir: "“Xacə Nizami Gəncəvi qədim üslubu dəyişərək məsnəvi deməkdə yeni bir tərz ixtira edib, sözü bəzəmiş və birinci olaraq o, bu nazik, çətin yolla getməklə namünasib sözün sir-zibilini, xoşagəlməz, daş-kəsəkli və bəyənilməz qafiyələri bu yoldan təmizləyərək, şer mülkünü nizama salmışdır.”" Nizami “Sirlər Xəzinəsi”ndə əsas mətləbə başlamazdan əvvəl tövhid, nət, merac, əsərin ithaf edildiyi şəxsə xitab, kitabın yazılması səbəbi və sonda xətmi-kitab, habelə hər bir nəzəri məqalətə aid yalnız bir didaktik hekayə vermək kimi formaları ədəbiyyata gətirməklə didaktik poema janrını forma cəhətdən təkmilləşdirmişdir. Fars dəri dilində Nizaminin “Sirlər Xəzinəsi”nə kimi əruz vəzninin səri bəhrində ayrı-ayrı beytlər olsa da, böyük həcmli didaktik poemalarda bu bəhrdən istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. “Sirlər Xəzinəsi”ndən əvvəl yazılmış didaktik poemalar isə Əruzun Həzəc bəhrində yazılmışdır.
Corc Bayron Bayron «Çayld Haroldun səyahətləri», «Şərq poemaları», «Qabil», «Don Juan», «Manfred» və sair kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əsərlərin müəllifidir. Yaxın Şərq ölkələrinə səyahətdən qayıtdıqdan sonra 1813-1815-ci illər ərzində Bayron bir neçə poema yazır. Sonradan bu poemaları ədəbiyyat tarixində «Şərq poemaları» adı ilə məşhur olur. «Şərq poemaları»na aşağıdakı altı poema daxildir: «Gavur» (may, 1813) «Abidos gəlini» (dekabr, 1813), «Korsar» (1814-cü ilin əvvəlləri), «Lara» (avqust, 1814), «Korinfin mühasirəsi», «Parizina» (1815-ci ilin sonu, 1816-cı ilin əvvəlləri). Bu poemaların süjeti gərgin dramatik hadisələrlə başlayıb, kəskin faciəvi sonluqla bitir. Bu poemalarda əsas rolu mahiyyətcə üç şəxs : qəhrəman, onun məşuqəsi və rəqibi oynayır. Bayronun qəhrəmanları cəmiyyətə qarşı üsyan edən mübariz, lakin, təkbaşına mübarizə aparan qəhrəmanlardır. Bayron, şəxsiyyəti hər şeydən üstün tutur, onun poemalarında əsas yeri ancaq tək-tək qəhrəmanlar tutur və Bayron ancaq bu şəxsləri mədh edir. Buna misal olaraq «Gavur» poemasından Gavuru, «Abidos qəlini»ndə Səlimi göstərmək olar. «Korinfin mühasirəsi»ndə Bayron bir qədər də ilə gedir. Azadlıq ideyası, vətən istiqlaliyyəti uğrunda kütləvi hərəkət, kütlə və qəhrəmanın münasibəti burada artıq ayın naxışlarla seçilir. «Şərq poemaları»ndan danışarkən Bayronun həmin dövr yaradıcılığının iki əsas xüsusiyyəti nəzərə alınmalıdır. Bunlardan biri Bayronun Şərq ölkələrinə səyahətdən sonra yazdığı əsərlərə Şərq poeziyasının müsbət təsiri, digəri isə bu poemalardan daxili və xarici irtica qüvvələrinə qarşı kəskin etiraz və üsyan motivlərinin zəngin olmasıdır.