Top 10 similar words or synonyms for parçalıq

bölükdən    0.660663

kurasov    0.648518

krūze    0.647995

kodadı    0.646748

kreditorlara    0.645461

routan    0.644305

əbumusa    0.643305

krieger    0.641226

ağnaz    0.638620

qaimin    0.637007

Top 30 analogous words or synonyms for parçalıq

Article Example
II Bəyazid 200 parçalıq böyük Venesiya Donanması Osmanlı donanmasını Mora sularından uzaqlaşdırmaq məqsədilə Modon sahillərinə gəlmişdi. Donanmanın başında Admiral Antonio Grimaldi vardı. Mora'nın cənub-qərb sahilindəki Gallo Burnunun sahillərində iki nəhəng donanma qarşı-qarşıya gəldi. Donanma-yı Hümayunu Kamal Rəis idarə edirdi.
Kürəkən Xəlil Paşa Ancaq bu çox çəkmədi. 1613-cü ildə Öküz Mehmed Paşanın yerinə ikinci dəfə kaptan-ı dərya seçildi. 1614-cü ilin may ayında 45 parçalıq donanma ilə səfərə çıxdı. Malta adasına əsgər çıxardıb, bir neçə dəfə qala hücumları etdi. Burdan sonra Trablusqərbə keçib mərkəzi hakimiyyətə tabe olmayan Səfər Dayini ələ keçirdib edam etdirdi və İstanbula geri döndü.
Hadım Süleyman Paşa Süleyman Paşa gündən günə artan portuqal təhlükəsini önləmək üçün Qırmızı dəniz və ətrafına öncə Səlman Rəisi göndərdi. Bu məqsədlə güclü bir donanma yaratmağa başladı. Belə ki, 1530-1531 tarixlərində paytaxtdan Misirə tonlarla material yollandı. 80 parçalıq bir donanma inşasına başlasa da, 1535-ci ilin fevralında bu fəaliyyət dayandırıldı və Süleyman Paşa Misir xəzinəsi ilə birlikdə İraqeyn səfərinə qatıldı. Hadım Süleyman Paşanın 10 il davam edən ilk Misir hakimliyi dönəmində bölgədə sülh və bolluq hakim olmuş, ancaq bu sülhü təmin etmək üçün Hadim Süleyman Paşa olduqca qəddar yollara əl atmışdı. Misirin güclü ailələrini və qəbilə rəislərini qətlə yetirərək mərkəzi hakimiyyəti gücləndirmişdi. Səfər əsnasında Misir bəylərbəyiliyinə Hüsrəv Paşa gətirildi və Süleyman Paşa 1535-ci ilin iyulunda Anadolu bəylərbəyi, 1536 tarixində isə qübbə vəziri seçildi. Ancaq portuqalların səfər hazırlığı gördüyü xəbəri gəldi və Süleyman Paşa yenidən Misirə getdi (oktyabr 1536).
Hadım Süleyman Paşa Yeni bəylərbəyinin Qahirəyə çatması ilə Hadım Süleyman Paşa Süveyşə getdi. Hazırlıqların tamamlanmasının ardından 80 parçalıq donanma 7.000 yeniçəri və ağır döyüş sürsatı ilə birlikdə Süveyşdən ayrıldı (28 iyun 1538). Öncə Ciddəyə, ardından Ədən limanına çatan Süleyman Paşa portuqallarla ittifaq quran Ədən hakimi Şeyx Əmir ibn Davudu gəmiyə çağırıb, vəziri və 3 nəfər adamı ilə birlikdə gizlicə qətlə yetirdi. Osmanlı əsgərləri şəhəri ələ keçirdi və Bəhram bəy Ədən sancaqbəyi təyin olundu. Süleyman Paşa burada 500 nəfərlik bir dəstə və 3 hərbi gəmi saxlayaraq portuqalların cəmləşdiyi Diu şəhərinə yönəldi. Aralıq dənizinin coğrafi şərtlərinə uyğunlaşan Osmanlı dənizçiləri Hind Okeanının musson iqliminə uyğunlaşa bilmədilər. 19 günlük çətin bir səyahətin ardından avqust ayının sonlarında Hindistan sahillərinə çatdılar və 1538-ci ilin sentyabrında Diu şəhərinin önlərinə gəldi.
Səid Nursi İstanbuldaki önəmli və müvəffəqiyyətli xidmətlərindən dolayı Ankara höküməti, onu Ankara’ya dəvət etti. ”Mən təhlükəli yerdə mücadilə etmək istəyirəm” deyərək bu təklifi qəbul etmədi. Zəfərdən sonra 9 noyabr 1920-də dəvət təkrarlandı və bu dəfə qəbul etdi. Məclisdə, rəsmi qarşılama tədbiri edilməsinə dair qarşı çıxdı. Millət vəkillərinin dini yöndən laqeyd olduqlarını görüncə 19 yanvar 1923-də üç səhifəlik bir bəyannamə dağıtdı.Namaz qılanlara altmış millət vəkili daha qatıldı.Namazgah olan kiçik bir otağı, böyük bir məscid halına gətirtdi.İdealındakı universiteti gündəmə gətirdi; 163 millətvəkilinin səsi ilə bu iş üçün yüzəllimin banknot ödənək ayrıldı. Bədiüzzaman, İslam aləmində bir diriliş olacağına dair qüvvətli ümidi səbəbiylə Ankara’ya gəlmişdi.Gəncliyindən bu yana bütün çalışmaları hamısı, bunun üçün idi.Siyasi nöqtədən bu yöndəki son təşəbbüsü,Ankara’da oldu. Fəqət qarşısına qüvvətli əngəllər çıxdı. Bir gün Məclisdə, Mustafa Kamal Paşa ilə iki saat qədər görüşmüş; ediləcək inqilabın Qurandan qaynaqlanması gərəkdiyini,Avropalıları təqlid etmənin doğru olmayacağını anlatmışdı.Mustafa Kamal, Bədiüzzaman’ın nüfuzundan istifadə etmək üçün ona deputatlıq, Darü’l-Hikməti’l-İslâmiyə kimi Diyanətdə vəzifə və Şərq Ümumi Vaizliyi’ni təklif edər.Fəqət Bədiüzzaman qəbul etməz. Məclisdəki ortamı da dəyərləndirərək siyasət meydanında edəcəyi bir şey qalmadığını düşünür; Van’a gedib Erek dağında bir mağarada inzivaya çəkilir. Dəlalətin, elm və mədəniyyət kisvəsiylə girdiyi, yönəticilərin çoxunun Avropa tərzi fikirlərə məftun olduğu, dini fəaliyyətlərin yasaqlandığı,dini öyrətim verən məktəblərin bağlandığı, tək partiyalı yönətimin hakim olduğu bir dönəmdə Bədiüzzaman, nəticəsiz qalmağa məhkum ani çıxışlara iltifat etməmiş; İslam bölgələrindən birinə yerləşmə, orada xidmətə davam etmə təkliflərini də qəbul etməmişdir. O, hər zaman mücadilənin qızışdığı yeri tərcih etmişdir. Sürgün edilməsi, Diyarbekir tərəfində ortaya çıxan şeyx Said hərəkətinə qatılmadığı halda o qiyamın nəticəsində (Şubat 1925), qış mövsümündə Erzurum və İstanbul’dan sonra Burdur’a sürgün edildi.7 ay orada qaldıqdan sonra büsbütün təcrid etmək məqsədi ilə 1926-da, Isparta’ya bağlı dağlıq ucqar bir kənd olan Barla’ya göndərildi. Barlada təcriddə dağ başında bir kənddəki bir neçə kəndli ilə belə görüşməsi yasaqlanmış, davamlı nəzarət altında ixtiyar, qərib, kasıb bir insanın yazdığı həqiqətləri dünyanın hər tərəfinə yayıb hidayətə susamış könüllərə çatdıra biləcəyini göstərdi.Yanında Qurani Kərimdən başqa kitabı yox idi. Barla elə bir dirilişə qaynaq oldu ki, bir tarixçinin təsbitiylə “Türkiyə’də dinsizlərin planını alt-üst etdi.” İman hərəkatı, dolaylı olaraq ictimai bir nəticə də aldı. Barla sürgünü ilə Bədiüzzaman’ın, 1925-1960 illəri arasında otuzbeş il sürən həbs,sürgün,basqı dönəmi başlamışdı.Bədiüzzaman, yaza bilməklə bərabər xətti düzgün və gözəl deyildi. Bəzi katiblərə yazdırır,əldən ələ kopyalar çıxarmaq surəti ilə əsərlər yayılır, yazılanları da müəllif şəxsən təshih edərdi.Mətbəədən istifadə imkanı yox idi. Bunun siyasi və maliyyə səbəbləri var idi əlbəttə. Bədiüzzaman, hərf inqilabının bir əmrlə min illik keçmiş və mədəniyyətlə əlaqəsinin kəsilməsinə qarşı yeni nəsilə, Quran hərfləriylə yazılan keçmiş mədəniyyətimizi tanıtmaq istəyirdi.Risale-i Nur, yazılışından otuz il sonra, 1956-da mətbəədə basıla bildi. Bədiüzzaman, o qədər çətin şərtlərdə otuz il boyunca bu işin bəlkə də tək təmsilçisi oldu. Fotokopya, hətta çoxaltma maşınının belə olmadığı zamanda tək çarə, baxaraq əl yazısı ilə nüsxə çoxaltmaq idi. Bir kitabdan tək bir surət əldə edəbilmək üçün həftələrcə, aylarca yazmaq gərəkirdi. Katib sayısı az idi. Risale-i Nur xidməti, şagirdlərin qollarını mətbəə halına gətirdi.Altıyüzmin nüsxə əsər beləcə çoxaldıldı ki, belə bir çalışma, tarixdə misli görülməməmiş bir çalışmadır. Bədiüzzaman, Barlada səkkiz il qaldı.Onun boş durmadığını görən islam əleyhdarları rejim əleyhində cəmiyyət qurur iddası qaldırdılar. 1935-də Eskişehir Ağır Cəza Məhkəməsi, haqqında dava açdı. Nəticədə keyfi olaraq, təsəttürlə əlaqəli ayənin təfsirindən ötrü Bədiüzzamana onbir ay həbs cəzası verildi. Halbuki isnad edilən dövlət düzənini dəyişdirmək üçün təşkilat qurma suçu sabit olsaydı ya edam və ya ömürlük həbs cəzası verilməsi lazım gəlirdi. Keçimini necə idarə etdiyi həmişə maraq edilmişdir. Məhkəmədə belə demişdir : “Darü’l -Hikmə-ti’l-İslâmiye’də aldığım maaşdan çoxunu, o zaman yazdığım kitabların dərcinə sərf etdim; az bir qismini həccə getmək üçün ayırmışdım. İqtisad və qənaət bərəkəti ilə o cüzi pul mənə doqquz il kafi gəldi. Hələ o bərəkətli puldan bir miqdar var. Keçim mövzusunda Emirdağ’da da belə deyəcəkdir.Ondoqquz il iki yüz banknot ilə şiddətli iqtisad ilə idarə etdim. Palto və paltarını satmaqla məişətini təmin edən…. 27 Mart 1936-da Eskişehir həbsxanasından çıxdıqdan sonra Kastomonu’ya sürgün edilib polis idarəsinin qarşısında bir evə yerləşdirildi. Tədbirli bir tərzdə, ətrafda xidmətə gələnlər vasitəsi ilə əsərlərini yayır, Isparta və digər yerlərlə əlaqəsi davam edirdi. Kastamonu’da səkkiz il qaldıqdan sonra, bu xidmətin dayandırıla bilməyib, daha da yayıldığı görülüncə 1943-də 126 tələbəsi ilə Dənizli Ağır Ceza Məhkəməsinə sövq edildi. Prof. Nəcati Lügal, Prof. Y.Z.Yörükkan və “Türk Tarih Qurum”unda incələməsi nəticəsində:”Bədiüzzaman’ın siyasi fəaliyyəti yoxdur. Əsərləri elmi , imanidir.Quran’ın təfsiri mahiyyətindədir.Onun məsləyində cəmiyyətçilik və təriqətçilik yoxdur.”dedi. Məhkəməcə 130 parçalıq külliyatın hamısına 15 iyun 1944 günü bəraət qərarı verilib bu qərar apellyasiyada da təsdiq edildi. Dənizli məhkəməsində Bədiüzzaman tarixi bir müdafiə etmişdir. Müdafiəsinin bir yerində belə demişdir: “Bəli, biz bir cəmiyyətik və elə bir cəmiyyətimiz var ki; hər əsrdə üçyüzəlli milyon mənsubları var. Və hər gün beş dəfə namazla, o müqəddəs cəmiyyətin prinsiplərinə hörmətlə əlaqələrini və hörmətlərini göstərirlər…. Biz, bu müqəddəs və azami cəmiyyətin fərdləriyik və xüsusi vazifəmiz də Quranın imani həqiqətlərini təhqiqi bir surətdə iman əhlinə bildirib,onları və özümüzü qurtarmaqdır. Əgər laik cumhuriyyəti soruşursunuzsa, mən bilirəm ki, laik mənası,bitərəf qalmaq, yəni vicdan azadlığı düsturuyla dinsizlərə və səfahətçilərə ilişmədiyi kimi,dindarlara və təqvaçılara da ilişməz bir hökümət tələqqi edirəm.İyirmi ildir ki siyasət və ictimai həyatdan çəkilmişəm. Cümhuriyyət höküməti nə hal kəsb etdiyini bilmirəm. Allah qorusun ,əgər dinsizlik hesabına,imanına və axirətinə çalışanları məsul edəcək qanunları düzənləyən bir dəhşətli şəklə girmiş isə,bunu sizə qorxusuz elan və ixtar edirəm ki, min canım olsa, imana və axirətə fəda etməyə hazıram…..” Dənizli həbsxanasından çıxdıqdan sonra hökümət,onu Emirdağında iqamətə göndərdi. Fəqət hizməti ilərlədikçə haqqındakı qanunsuz şiddətlər artırdı. Bədiüzzaman: “Dənizli həbsxanasındakı bir aylıq sıxıntını, Emirdağ iqamətində bir gündə çəkirdim…” demişdir. Bir zaman sonra məscidə gedilməsi mən edildi. Prinsip olaraq, sadəcə hizmətlə bağlı olanlarla zərurət miqdarı görüşürdü. Xalq ilə təmas etmə fürsətini,etdiyi gəzintilərdə tapırdı. Rast gəldiyi insanlara qısa dərslər verir, irşad və nəsihət də edirdi. 1948 yanvar ayında, ölkənin çeşidli yerlərindən toplanmış əllidörd tələbəsi ilə Afyonda tutuqlandı. Afyonun soyuq qışında yetmiş beş yaşındakı ixtiyar birinin iyirmi ay hücrə həbsxanasında tutuqlu qalması,ölümə tərk edilməsi demək idi. Bütün camaata duyulan hiddəti, şəxsinə verilən sıxıntıların çoxluğu ilə təskin vasitəsi saymaqla məmnun olmuşdu. Həbsxanada onunla gizlicə görüşməyə çalışan tələbələrinə işgəncə verilirdi. Hər şeyə baxmayaraq digər həbsxanalar kimi Afyon həbsxanası da “Mədrəsəy-i Yusufiye” yə döndü.Canilər islah oldu. Hətta cəza vaxtını tamamlayan bəzi məhkumlar: “Özümüzü suçlu göstərmək surəti ilə onlarla bərabər qalacağıq, dedilər. Burada, həbsxana müdürünə yazıb dedi ki: “Rusiyada bolşevik fırtınası və fransız inqilabı öncə həbsxanada başladı. Fəqət Risale-i Nur şagirdləri Eskişehir, Dənizli, Afyonda həbsxanaları islah etdi…. Məhkəmə Bədiüzzamanı iyirmi ay məhkum etmə qərarı aldı. Prokurorluğun bu qərarı pozmasına baxmayaraq qanunsuz səsvərmələr ilə təkrar eyni qərarla məhkum edildi. Məhkəmə davam edərkən demokrat partiyası iqtidara gəlib ümumi əfv elan etdi, buraxıldılar. Məhkəmə ancaq 11 sentyabr 1956-da bəraət verdi. Buraxıldıqdan sonra Emirdağ-da iqamət etdi.Afyon həbsxanasından sonra məktəblilər və məmurlar, çoxluqla onun ətrafına daxil oldular. Bəzi universitetli gənclərin dərc etdirdiyi Gənclik Rəhbəri adlı kitabı iddia mövzusu olunca məhkəmə üçün 1952-də İstanbula gəldi. Məhkəmə bəraətlə nəticələndi. Xalq, xüsusilə gənclik, Bədiüzzamana böyük bağlılıq göstərdi.Uzun bir ayrılıqdan sonra İstanbula gəlmişdi.1953-də Ispartada iqamətə başladı.Demokrat partiya iqtidarının,azanı əsli şəkli ilə oxunmasına imkan verməsi səbəbiylə təbrik etdi. Ayrıca Risale-i Nuru sərbəst buraxıb, Ayasofyanı da məscid halına gətirilməsi üçün bir mesaj göndərdi.1953-də üç ay İstanbulda qalıb, fəthin 500-cü il dönümü tədbirlərinə qatıldı.1956-da əsərləri,tələbələrindən bir neçə heyət tərəfindən yeni türk hərfləri ilə dərc edilməsinə başlandı. 1960-ın başlarında Ankara və Konya’ya getməsi siyasi çevrələri təlaşa salınca Hökümət, radyodan elan yayınlayaraq Emirdağ’da iqamət etməsini istədi. O həbsxanadan çöldə ikən belə -1925 və 1960 illəri arasında- məhkum müamiləsi gördü. Fəqət Osman Yüksəl’in dediyi kimi o ”Məhkəmələrdən məhkəmələrə sürükləndi. Amma məhkumkən belə hökm edirdi.”