Top 10 similar words or synonyms for nadanlığın

inancda    0.720060

qaraqalpaqların    0.687983

ayrılmazdır    0.681998

cəhalətin    0.680111

lеbbоk    0.677724

şərdir    0.675974

bayatılarda    0.674309

əqllə    0.673373

materiyaya    0.672737

təsəvvüfdə    0.672255

Top 30 analogous words or synonyms for nadanlığın

Article Example
Əli Nəzmi "İrsi-pədər", "Gülürəm", "Yorğun bir baxış" şeirlərində də cəhalət və nadanlığın ibrətli mənzərələri vərilmişdir. Ancaq bu şeirlərin hər biri şəkil, əda və ümumən sənətkarlıq cəhətindən birbirindən çox fərqlidir.
Cəfər Cabbarlı C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərinin üzərindəki qeydə görə əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.
Mübahisə Lakin bəzi hallarda bu qaydadan istisnalar da ola bilər. Bəzən həqiqət o qədər ucuzlaşır, cəfəngiyat və nadanlıq hər yeri o qədər bürüyür ki, artıq doğru söz, həqiqət, ədalət uğrunda çarpışmaq lazım olur. Bu halda müdrik insanlar, həqiqəti söyləmək üçün hətta alçalmalara və təqiblərə məruz qalsalar belə, doğru sözü deyib nadanlığın, ədalətsizliyin qarşısını imkanları çərçivəsində almalıdırlar. Onların doğru sözünü insanlar eşidib, çox şeylər haqqında düşünə bilərlər. Bununla da cəmyyət saflaşa bilər.
Mübahisə Bəzi filosoflar bu yolda hətta canlarını da qurban veriblər. Buna ən gözəl örnək Sokratdır. Hətta onu ölümə məhkum edəndən sonra zindandan qaçırmaq imkanı yaranmışdır. Lakin Sokrat qaçmadı. Çünki o, ömrü boyu həqiqət və doğru söz uğrunda çarpışmış, bu yolda lazım gələrsə canından keçməyi insanlara öyrədirdi. İndi o, zindandan qaçsaydı, öz sözlərini təkzib etmiş olardı, özünü insanlar arasında rüsvay edərdi. Buna görə də Sokrat qaçmadı, ölümü qəbul etdi. Beləliklə o, həqiqət, ədalət və doğru sözün şəhidi oldu; həyatı və ölümü ilə əbədi olaraq tarixə düşdü. Sokratın həyatı və ölümü nadanlığın, lovğalığın, təkəbbürün, savadsızlığın, fırıldağçılığın üzərində qələbə rəmzinə çevrilmişdir.
Lao-tszı Lao-tszı tərəfindən yaradılan təlim daosizm, bu təlimin şərh olunduğu ən ilkin və ən nüfuzlu əsər isə Dao de szin, yəni "Dao və de haqqında kitab" adlanır. Dao de szinin adından göründüyü kimi Lao-tszı fəlsəfəsinin və daosizm təliminin ən mühüm ideyaları dao və de anlayışları vasitəsi ilə ifadə olunur. Dao Azərbaycan dilinə tərcümədə yol mənasını verir. Çin mənşəli dao sözünü bir qədər geniş anlamaqdan ötrü yaxşı olardı ki, o, ərəb mənşəli din sözü ilə qarşılaşdırılsın. Din də dao kimi yol deməkdir. Maraqlıdır ki, din və dao sözlərinin hər ikisi öz mahiyyətləri etibarı ilə də təxminən eyni mənanı ifadə edirlər: Dünyanın da, həyatın da, insanın da düzgün, mütləq və həqiqi yolu, yəni mövcudluq üslubu vardır, yalnız bu yolla gedən insan həqiqi insan ömrünü sürmüş olur, yoldan çıxan kəsin ömrü isə həqiqi insan həyatı deyildir, nadanlığın və cəhalətin ifadəsidir. Daosizm təliminin ikinci mühüm anlayışı olan de dilimizdə əsasən dini kontekstdə işlənən və yenə də ərəb mənşəli olan halal anlayışına son dərəcə yaxındır. Dao və de anlayışlarının qoşalığı heç də təsadüfi deyildir. Doğrudan da, düz yolun sahibi olmaq ifadəsi ən ümumi halda halal işlər görmək, xüsusi hallarda isə halal çörək yemək və özgənin malında gözü olmamaq mənalarını verir.