Top 10 similar words or synonyms for muxtara

şəhriyari    0.766548

sanılı    0.763940

alqayıt    0.760333

əzimi    0.749887

سید    0.741776

fehmi    0.739376

gülzari    0.736934

mövlam    0.736362

nəsirbəyov    0.735580

rebenka    0.734125

Top 30 analogous words or synonyms for muxtara

Article Example
Muxtar Səqəfi Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: “Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir.”
Muxtar Səqəfi Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı.”
Muxtar Səqəfi Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: “Allah Muxtara xeyir əvəzi versin!”
Əhəd Muxtar Özbəkistanın ən tanınan şairlərindən olan Camal Kamalı da Azərbaycan dilinə ən çox Əhəd Muxtar tərcümə edib. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə C.Kamalın 1989-cu ildə Bakıda nəşr olunan “Günəş çeşməsi” adlı kitabına önsözdə yazır: “...Mən C.Kamalın əsərlərini imkan olduqca dilimizə çevirmək və bu əsərlərdən ibarət kitab buraxmaq fikrinə düşdüm. Bu arzunu özbək dilini yaxşı bilən qələm yoldaşlarımdan Xəlil Rza və Əhəd Muxtara bildirdim və biz bu çətin, lakin şərəfli işə başladıq. Bu gün Azərbaycan oxucularına təqdim etdiyimiz bu toplu həmin arzunun nəticəsidir”.
Übeydulla ibn Ziyad İbrahim Übeydullahın başını kəsib Muxtara göndərdi. Muxtar da onu İmam Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə – Imam Zeynül-abidinə (ə) göndərdi. Übeydullahın başını Imam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. Imam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu: “Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin. Indi duam yerinə yetdi”. Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, Imam yemək yeyəndə Onun hüzuruna daxil olsun. Imam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi.
Əlimuxtar Əliyev Ə. Əliyev 1884-ci ildə Bakıda anadan olmuşdur. Tiflis şəhərində gimnaziyanı bitirən Əlimuxtar Kiyev Tibb İnstitutuna daxil olur və oranı 1914-cü ildə terapevt kimi bitirir. İnstitutu bitirən kimi gənc həkim Ə. Əliyev Birinci dünya müharibəsinə göndərilir. Müharibədə göstərdiyi xidmətlərinə görə Əlimuxtar Əliyev Georgi xaçı ordeni ilə təltif edilir. Georgi xaçı ilə, əsasən, general və zabit heyəti, həmçinin hərbi hissələr təltif olunurdu. Azərbaycanlı hərbçilərdən Ə. Şıxlinski, S. Mehmandarov, Ə. Əlibəyov Georgi xaçı ordeni ilə təltif olunmuşlar. Əlimuxtar Əliyev yeganə azərbaycanlı həkimdir ki, çar Rusiyasının ən yüksək ordeni olan Georgi xaçı ilə təltif olunmuşdur. Müharibədə olarkən Ə.Əliyev artilleriyanın atası, həmyerlimiz general Əliağa Şıxlinski ilə tanış olur. 1917-ci ildə müharibədən qayıdan Əliyev Bakada həkimliklə məşğul olmağa başlayır, 1921-ci ildə keçmiş Mixaylovsk xəstəxanasına baş hakim təyin olunur və 1937-ci ilə qədər bu müalicə ocağına başçılıq edir. Gözəl insan, həqiqi həkim Mirzə Muxtar – xalq onu belə adlandırırdı – Bakıda və onun qəsəbələrində məşhurlaşır, Mirzə Muxtarı nəinki azərbaycanlılar, başqa millətlərdə də sevir, hörmətini saxlayırdılar. Mirzə Muxtar bu xalq məhəbbətini öz səxavəti, həkimlik bacarığı, insanpərvərliyi sayəsində qazanmışdır. Mirzə Muxtarın aptekdə müəyyən miqdar pulu olardı. Əgər kasıb xəstənin dərmana verməyə pulu olmazdısa, müəyyən işarə qoyulmuş reseptlə xəstə aptekdən pulsuz dərman alardı. Ya da Mirzə Muxtar kasıb xəstəyə baxıb, müxtəlif üsullarla ona dərman pulu verərdi. Xalqın Mirzə Muxtara olan məhəbbəti və onun belə şöhrət qazanması bəzi millət “qəhramanlarının” gözündən yayınmadı və bu gözəl sənətkar 1937-ci ildə Sibirə sürgün olundu. 1940-cı ildə Mirzə Muxtar azad edildi. Bakıya qayıdıb yenidən həkimliyə başladı. Xalqın sevimlisi, həqiqi xalq həkimi Mirzə Muxtar 1963-cü ildə vəfat etdi.