Top 10 similar words or synonyms for muncuqlardan

qırıqlarından    0.806095

qablardan    0.803907

sümükdən    0.785825

qəlpələrdən    0.785374

qolbaqlar    0.782630

itiuclular    0.777815

sairədən    0.771888

məmulatından    0.769076

çaxmaqdaşından    0.768712

ornamentlərdən    0.768681

Top 30 analogous words or synonyms for muncuqlardan

Article Example
Yaplar Yaplıların məişəti ümummikroneziya məişətində fərqlənmir. Əsas məşğuliyyəti - balıqçılıq, yam, taro və banan əkini, qayıq tikintisi və s. Geyimləri don və diz qurşaqlarından ibarətdir. Yeməklərində balq, dəniz məhzulları və taro üstünlük təşkil edir. Yapda balıqqulağından, tısbağa zirehindən, şüşə muncuqlardan, daşlardan pul kimi istifadə olunur. Palaudan gətirilmiş daş pulun diametri 2 metrdir.
Dəmirçi nekropolu Nekropolun materialları içərisində bəzək əşyaları da müxtəlif çeşidli olmaları ilə diqqəti cəlb edir. Buradan tapılan müxtəlif funksiyalı aksesuarlar dulusçuluqla yanaşı zərgərlik sənətinin də inkişaf etməsinin bariz nümunəsidir. Muncuqlardan biri ağ rəngdə silindrik formalı olub, üzəri şüa şəklində naxışlanmışdır, digəri trapes şəklindədir, qalanları qəhvəyi rənglidir. Ağ rəngli muncuq və sırğanın kənarları ziqzaq şəklində naxışlanmışdır. Sırğalardan biri qoşa spiral formasındadır. Bəzək əşyalarının bənzərləri Şahbuzuun Sarıdərə, Kolanı nekropollarının, həmçinin, Ordubadın Muncuqlutəpə nekropolunun bəzək nümunələri ilə analogiya yaradır.
Kültəpə I Misdən hazırlanmış alətlər isə sancaqlardan,muncuqlardan,tiyələrdən,nizə ucluqlarından və s. ibarətdir.Bu əşyalar təmiz misdən hazırlanmışdır.Bu əşyaların bəzisinin tərkibində cüzi miqdarada mərgümüş qatışığı da var.Kültəpənin Eneolit dövrünün gil qablarıının əksəriyyəti enli ağızlı və yastı oturacaqlıdır.I Kültəpədən həmçinin yüksək texnoloji üsulla hazırlanmış,dövrünün gözəl sənət nümunəsi sayılan boyalı qablar da əldə edilmişdir. I Kültəpənin Neolit və Eneolit dövrü təbəqəsində 85 qəbir açılmışdır. Buradan çıxan skletlər ölülərin bükülü vəziyyətdə və ya böyrü,yaxud da arxası üstə,özü də müxtəlif istiqamətdə dəfn edildiyini göstərir.Bəzi skeletlərin üstünə qırmızı oxra səpilmişdir.İki qəbirdən it skleti,bir qisim qəbirlərdən isə gil qablar,cürbəcür muncuqlar və dəvəgözü daşından hazırlanmış əşyalar tapılmışdır.Belə qəbir Babadərviş və digər abidələrdə də aşkar edilmişdir.
Kültəpə (Babək) Misdən hazırlanmış alətlər isə sancaqlardan,muncuqlardan,tiyələrdən,nizə ucluqlarından və s. ibarətdir.Bu əşyalar təmiz misdən hazırlanmışdır.Bu əşyaların bəzisinin tərkibində cüzi miqdarada mərgümüş qatışığı da var.Kültəpənin Eneolit dövrünün gil qablarıının əksəriyyəti enli ağızlı və yastı oturacaqlıdır.I Kültəpədən həmçinin yüksək texnoloji üsulla hazırlanmış,dövrünün gözəl sənət nümunəsi sayılan boyalı qablar da əldə edilmişdir. I Kültəpənin Neolit və Eneolit dövrü təbəqəsində 85 qəbir açılmışdır. Buradan çıxan skletlər ölülərin bükülü vəziyyətdə və ya böyrü,yaxud da arxası üstə,özü də müxtəlif istiqamətdə dəfn edildiyini göstərir.Bəzi skletlərin üstünə qırmızı oxra səpilmişdir.İki qəbirdən it skleti,bir qisim qəbirlərdən isə gil qablar,cürbəcür muncuqlar və dəvəgözü daşından hazırlanmış əşyalar tapılmışdır.Belə qəbir Babadərviş və digər abidələrdə də aşkar edilmişdir.
Naxçıvanda sikkə zərbi İbtidai insanlar pul vasitəsi kimi əmək və ov alətlərindən, silah, mal-qaradan, balıq, xəz, ərzaq məhsullarından, bəzək əşyalarından, metal külcələrdən istifadə etmişlər. Neolit dövründən (e.ə.VIII-VII minilliklər) başlayaraq Dəclə, Fərat, Nil, Amudərya, Sırdərya, Hind, Qanq, Xuanxe, Yantsı, Kür və Araz çayları, həmçinin Urmiyə gölü hövzəsində məskunlaşmış tayfalar arasında ticarətdə mübadilə vasitəsi kimi xam və emal edilmis daş alətlərdən (obsidian və çaxmaqdaşı), kauri (qarnıyarıq), mineral daşlardan hazırlanmış muncuqlardan, tunc dövründən (e.ə.IV minillik) başlayaraq isə tunc qolbaqlardan, ox ucluqlarından, toksinlərdən (saxsı jetonlar) istifadə edilmişdir. Naxçıvanın neolit, eneolit və tunc dövrü abidələrindən onlarla bu tip maddi-mədəniyyət nümunələri aşkar olunub.
Manna Mərlik qızıl boyunbağılarından biri eşmə simlərdən hazırlanmış kəpənək formalı bəzəklə növbələşən yumru və uzunvarı formalı muncuqlardan düzəldilmişdir. Həsənludan da eyni ilə belə eşmə simlərdən düzəldilmiş bəzək əşyaları tapılmışdır. R. Girşman onu e. ə. IX-VIII əsrlərə aid edir. Mərlikdən tapılmış açıq ağızlı, dişi qabarıq şir ilə tamamlanmış qızıl bilərzik maraq kəsb edir. Şir başının gözlərinə və qulaqlarına çevrələr və nöqtələr vurulmuşdur. Bu bilərzik eyni tipli ən qədim bilərzikdir. Şir başlıqlı belə bir bilərzik Ziviyədən də tapılmışdır. E. Porada onu e. ə. VIII-VII əsrlərə aid edir. Ziviyədən yerli mannalı sənətkarların məhsulu hesab edilən iki qızıl kəmərin fraqmentləri tapılmışdır. Bütün qızıl lövhəciklərdə onu kəmərin dəri hissəsinə bərkitmək üçün dəliklər vardır. Kəsici alətlə edilən naxış mərasim nümayişində iştirak edən insan qrupu təsvir olunmuşdur.
Vunderkind uşaqlar Psixoloqlar uzun illər vunderkind uşaqları başqa həmyaşıdlarından fərqləndirən cəhətlərı araşdırıblar. Uşaqların psixologiyasına yaxından bələd olan italyan pedaqoqu-defektoloq Mariya Montessori bu vəzifəni öz boynuna götürdü və problemin həllini əqli cəhətdən zəif inkişaf etmış uşaqlarda gördü. Onların problemləri məşğul olan müəllimə çox maraqlı faktlar aşkarladı. Montessori uşaqlara hələ çox kiçik yaşlarında kartondan evlər, şəkil üçün çərçivə və oyuncaqlar düzəltməyi öyrədirdi. Müəllimə keçirdiyi mütəmadi məşqlər sayəsində onlara nəinki danışmağı, həm də oxuyub-yazmağı öyrətdi. Montessori bir faktı da aşkarladı ki, bu uşaqlar dərslərini normal həmyaşıdlarından daha tez qavrayırdılar. Müəllimə belə nəticəyə gəldi ki,oyun dərsləri normal uşaqların da inkişafına kömək edir. Beləliklə, Montessori Avropa ölkələrində öz tədris sistemini tətbiq edir. Beləcə, bağçalarda uşaqlara rəngarəng muncuqlardan boyunbağı düzəltmək və şəkillər vasitəsiylə kitab oxumaq öyrədilir.Bu dərslər uşaq fantaziyasını və təxəyyülünü inkişaf etdirir. Nəticədə məlum olur ki, uşaqla uzun zaman ünsiyyətdə olmadıqda, o, emosional, psixi və psixosomatik gərginlik keçirir. Bu vəziyyət vunderkind uşaqlara da aiddir.
Dəlmə nekropolu Dəlmə nekropolunda toxunulmamış qəbrə rast gəlinməmişdir. Dağılmış qəbirlərdən çox az material əldə olunmuşdur. Təpənin üstündə olan qəbirlər nisbətən salamat qalmışdır. Nekropoldan əldə edilən materiallar müxtəlif çeşidli keramika məmulatından, tunc, mis və dəmir əşyalardan və müxtəlif muncuqlardan ibarətdir. Keramika məmulatı içərisində ördək və kəklik fiqurunu imitasiya edən çaynik tipli qablar formaca bir-birinə oxşasalar da, hər birinin ayrıca orijinal xüsusiyyət ləri vardır. Metal məmulatına tuncdаn xəncər, ox ucları, bilərzik, asma bəzək və qolbaqlar aiddir. Tunc xəncər tökmə üsulu ilə hazırlanmışdır. Dəstəyi boru formasında olub baş tərəfi üçbucaq kəsmələrlə şəbəkələnmişdir. Tiyəsinin hər iki üzündə üç cızma xətt vardır. Buna oxşar xəncərlər II Plovdağ və Kolanı nekropollarından tapılmışdır. Ox ucluqları iki qanadlı, sulqunlu olub, qanadların arası sulqunun davamı olaraq relyefik formadadır. Asma bəzəklər iki gözlü olub üçbucaq kəsmələrlə şəbəkələnmişdir. Dəlmə nekropolundan əldə edilmiş tapıntılar Xalıkeşan, Mərdangölü və Muncuqlutəpə nekropolları ilə çox oxşardır. Fincan, kubok və bu kimi süfrə qablarına, tunc xəncər və meandr naxışlı sırğalara analoji materiallara Kolanı nekropolu tapıntıları içərisində də rast gəlinir. Əldə edilən tapıntıların müqayisəli təhlili Dəlmə nekropolunu e.ə. I minilliyin əvvəllərinə aid etməyə imkan verir.
Azərbaycan mədəniyyəti XIX əsrin sonu — XX əsrin əvvəlində Azərbaycan qadın paltarı alt və üst paltardan və həmçinin çadradan ibarət olurdu. Geyimdə ərazilərlə bağlı fərqlər ümumi milli geyim görünüşündə heç bir dəyişiklik olmadan ayrı-ayrı detallardan ibarət idi. Alt qadın paltarları dar köynəklər, müxtəlif fasonlu yubkalar (şəltə, cüt tuman) və tumanlar idi (darbalaq və cütbalaq). Üst qadın paltarları üst köynəklər, qısa paltarlar — əsasən Azərbaycanın cənub-qərbi rayonlarında yayılmış və qərb rayonlarında güləcə kimi bilinən arxalıq, Abşeronda isə don idi. Gəncəbasar, Şirvan, Bakı, Qərb bölgəsi və Şəki rayonu ərazilərində iki qabaq (döş), bir arxa (kürək) və iki qoldan ibarət ləbbadə tikilirdi. Arxalığının üzərində dəri və ya mərmərdən tikilmiş kəmər geyilirdi. Varlı ailədən olan qadınlar qızıl və ya gümüş kəmər geyirdilər. Ayağa üzərində xalça ornamentlərinə bənzər naxış ornamentləri olan, açıq müxtəlifrəngli corab geyilirdi. Evdən çıxanda corabın üzərindən çarıq geyilirdi. Varlı ailədən olan qadınların boynunda arpa formasında uzunsov muncuqlardan boyunbağı olurdu. Hörüklərin arxadakı ləçəklərini gizlətmək üçün qadınlar zərxaradan tikilmiş ensiz örtükdən — çutqudan istifadə edirdilər. Qadın baş geyimi dairəvi yastı hissədən və halqadan ibarət alçaq papaq idi. Papağın üzərindən kiçik ipəkdən düzəldilmiş yaylıq — kəlağayı bağlayırdılar. Saçlara, ovuclara və dırnaqlara xına çəkilirdi.