Top 10 similar words or synonyms for marketri

ofort    0.720456

təpəsiyalk    0.712926

suluboya    0.705620

lepka    0.702471

vazalar    0.698390

daşişləmə    0.697086

hondvana    0.694967

bıçaqvarı    0.692258

eklektika    0.689491

çəmənliklərdən    0.685919

Top 30 analogous words or synonyms for marketri

Article Example
Marketri texnikası Marketrinin yaranması yalnız XVI əsrdə şpon istehsal edən maşının yaranmasından sonra mümkün oldu.Bundan sonra ucuz ağac növlərindən düzəldilmiş mebelləri bahalı ağac növlərindən hazırlanmış şponlarla üzləməyə başladılar.XVI əsrin əvvəlində marketri texnikası Almaniya, Hollandiya və Fransada yayıldı. Lakin XVIII əsrdən yerli ustalar meydana çıxdı. Marketrinin ən inkişaf edən dövrü XVIII əsrə təsadüf edir.Ondan interyerin və mebellərin bəzədilməsində istifadə edirdilər. Nazik lövhələrdən istifadə olunması yalnız düz səthləri deyil,həm də əyri səthləri bəzəməyə imkan verirdi.
Marketri texnikası Marketri — hələ antik dövrlərdə yaranmışdır. Marketri (frans. marquer-işarələmək) müxtəlif ağac növlərinin lövhələrinin hissəciklərindən düzəldilən mozayka növüdür. Mozaykanın elementlərini şpondan (nazik ağac lövhələr) kəsilir, tərs tərəfdən kağız yapışqanlarla yapışdırılır, fonla birlikdə çevrilərək hər hansı bir əşyanın üzərinə yapışdırılır.
Marketri texnikası Marketri iki prosesdən ibarətdir: intarsiya - Verilmiş şəklə görə başqa ağac növünün şponundan ,yaxud eyni növün başqa rəngindən hissəciklər kəsib fonla birlikdə bütün dəstin əşyanın üzərinə yapışdırmaq.Mozayka elementlərinin kəsilməsindən başqa marketri düzəltməyin başqa yolları da var. Əgər mozayka eyni düzbucaqlı həndəsi fiqurlardan ibarət rəsmdirsə, dəsti elementlərin əvvəlcədən kənarlarını kəsilib birləşdirilməsi yolu ilə də düzəltmək olar. Buna parketri deyilir.
Marketri texnikası Digər rəngkarlıq növlərindən fərqli olaraq marketri rəngkarlığının xüsüsiyyəti ağacın plastik keyfiyyəti ilə bağlıdır. Marketridə rəsm təbiət palitrasından - müxtəlif ağac növlərindən olan şponların rəngləri, teksturası, və energetikasından əmələ gəlir. Ağac mozaykanın yüksək dekorativ keyfiyyətləri var. Rənglərin istiliyi, zəngin təbiət rəsimləri, yumşaq sadə ağac tonları ilə marketri estetik gözəlliyi ilə cəlb edir və hər interyerə yaraşır.
Andre Şarl Bul 1672 ildən XIV Lüdovikin saray ustası. Luvr, Marli və Versalda dekorativ işlər (qiymətli ağac növlərindən istifadə etməklə divar marketri və s.) görmüşdür.
Andre Şarl Bul Bulun mebel emalatxanasında dörd oğlu: Filipp Bul (1678–1744), Pyer Benua Bul (1680–1741), Andre Şarl Bul (Bul de Süv, 1685–1745; həmçinin heykəltəraş) və Kiçik Şarl Jozef Bul (1688–1754) işləmişdir. Onların yaratdığı mebel nümunələrində rokokoya təkamül edən klasisizm və barokko əlamətləri birləşirdi. Bu mebelləri effektlilik, dekorun zənginliyi, həmçinin düz xətlərin və əyri -xətli naxışların uyarlı gözəlliyi, ornament və inkrustasiyanın dekorativliyi (səthə yapışdırılmış tunc, abnos ağacından, fil sümüyü, sədəf və tısbağa qınından istifadə etməklə düzəldilən marketri) fərqləndirirdi. Əsasən, Luvr da, Klüni Muzeyində (Paris), Versalda, Fontenbloda, Uolles kolleksiyasında, Viktoriya və Albert Muzeyində (London), Ermitajda (S.- Peterburq) saxlanılır. “Bul”, həmçinin 17-ci əsrin sonu – 18-ci əsrin 1-ci yarısında fransız saray mebeli sənətində üslub idi.
Böyük saray (Peterhof) Cilalanmış suvaq üzərinə lak texnikasıyla boyanmış ornamental plafonlar çini sıraltı divar naxışlarını xatırladır (kabinetdəki qeyri-adi böyük ölçüdə olan fayans buxarılar məhz sıraltı rəssamlıq texnikasıyla yaradılmışdır). Tavan Çin üslubunda boyalı şüşəli fənərlərlə bəzədilib. Onlar 1840-cı ildə buraya gətirilmişdi; bu otaq interyerinin sonuncu əlavələrindən idi. Kabinetin parketi digər zalların içərisində ən qarışıq və mürəkkəb naxışı ilə seçilir; o bir sıra qiymətli ağac növlərindən istifadə etməklə (amarant, qızılgül, eben, qoz, səndəl və çinar ağacları) marketri texnikasının köməyi ilə hazırlanmışdır. Otaqlarda zərif üslubiyyata uyğun olaraq müxtəlif mebel və bədii dekor əşyaları uyğunlaşdırılmışdır. Mebellərin bəziləri əsl Çin əşyalarıdır (Qərb kabinetində yerləşən qırmızı lak ilə boyanmış masa və gül ağacından hazırlanmış və sədəflə inkrustasiya olunmuş stul); digərləri isə, Avropa ustalarının Çin ruhunda əl işləridir. Şərq kabinetində ingilis mebel ustaları tərəfindən lak boya ilə boyanmış müxtəlif əşyalar: yazı masası, oturacaq və divar saatları nümayiş olunur.