Top 10 similar words or synonyms for kalde

turka    0.888654

wqxga    0.870844

messages    0.870117

jojo    0.868693

reebok    0.866540

lansman    0.866452

nanana    0.862260

cultus    0.862250

treat    0.857450

insertion    0.854394

Top 30 analogous words or synonyms for kalde

Article Example
Manixeizm Qərbdəki reformasiya hərəkətindən sonra, hər nə qədər Kilsənin doqmatik tutumunda əhəmiyyətli bir dəyişmə olmadısa da, Maniçiliyin araşdırılması və daha yaxşı başa düşülməsi səyləri başladı. Mani sənədlərinin araşdırılması, Şərq ilə Qərbi Zərdüşt ilə İsanı birləşdirməyə çalışmış bir müdrikin varlığını göstərirdi. Zamanla, köhnə İran və Hind inanclarının daha yaxşı başa düşülməsilə, Maniçiliyin qaynaqlarına dair yeni şərhlər əldə edildi. Maniçiliyin təməl təlimi olan qnostik dualizmdə köhnə Zərdüşt inanclarının ilə Hind təlimlərinin də kök tapdığı ortaya çıxarıldı. Beləcə Maniçilik : radikal dualizm, Şərq paqan inancları və təbiət dinlərindən qaynaqlanan, Zərdüştdən yola çıxaraq təşkil edilmiş və İncil qəlibinə tökülmüş bir qnostik Asiya inancı olaraq təyin olundu. Astrologiyanın inkişafı Maniçilikdə yeni xüsusiyyətlər olmasını təmin etdi. Beləcə, Maniçiliyin ən köhnə köklərinin Kalde və Babilin köhnə inanclarında iştirak etdiyi aydın oldu. Nəticədə Mani dininin, Mesopotamiya-İran dualizmi üzərinə təməllənən və universal bir din xüsusiyyətinə çata bilmək məqsədiylə Buddizm və Xristianlıqdan bəzi fikirləri götürən bir "sinkretist" (birləşdirici) inanc olaraq Şərqə və Qərbə doğru genişlənməsi təyin olundu. Bu genişləndirilmə, xristianlığın ilk yüzillərində tam mənasıyla təsirli idi və ancaq İslam tərəfindən qəti olaraq durdurulacaqdı. Qısacası Mani, Zərdüşt inancının da qaynağı olan Kalde-Babil sistemində, Buddist əxlaq qanunlarını və xristian təlimini birləşdirən bir dahi idi. Ortaya çıxarılan son tapıntıların işığında, Manicilik bir böyük din olaraq qiymətləndirilə bilər. Üstəlik "kitablı" bir din, bir missioner dini, təşkilatlanmış bir din, bütün böyük dinləri özündə əritmək istəyən universal və ən son bir din. Ancaq bütün bu xüsusiyyətlərdən daha əhəmiyyətlisi, hər şeyin başına iki əzəli və əleyhdar iki qanunu, İşıq və Qaranlığı yerləşdirmiş olan və İsanın gəlişini müjdələdiyi "Paraklet" tərəfindən sirrləri açıqlanan radikal bir "qnosis" dir Maniçilik. Bütün həyatı və bütün məlumatları ehtiva etdiyini irəli sürən bir cəmləşdirici sirr dinidir. İsa müvəffəqiyyətsiz olmuş, Əziz Paul ilə Marcionun səyləri boşa getmişdir. Gerçək Kilsəni yenidən təşkilə vəzifələndirilmiş olan Paraklet-Mani zühur etmişdir.