Top 10 similar words or synonyms for hoçaz

kürmükçay    0.853575

çardaqlı    0.851526

çıldıran    0.850037

lök    0.847767

suludərə    0.847604

çanaqçı    0.833561

piçənis    0.832220

əsrik    0.831060

saybalı    0.830865

şəlvə    0.828187

Top 30 analogous words or synonyms for hoçaz

Article Example
Hoçaz Hoçaz kəndi Laçın rayonunun ən qədim kəndlərindəndir. Kəndin adının mənası indiyədək elmi cəhətdən tam araşdırırlmamışdır. Dəqiqləşdirilmiş versiyalardan biri budur ki, Hoçaz sözünün mənası "Hicaz" sözündən götürülüb. Kəndin qərbində yerləşən və sözün həqiqi mənasında cənnət məkan olan "Rizyan meşəsi" adlanan sahə deyilənə görə ərəbcə Cənnət bağı deməkdir. Bu adın ərəb mənşəli olması İranda yerləşən Hicaz şəhəri ilə hansısa əlaqə olduğunu göstərir.
Hoçaz Ə.Qeybullayevə görə isə Hoçaz toponiminin əmələ gəlməsi kuç türk tayfasının adı ilə bağlıdır. Hoç sözü kuç qıpçaq tayfasının adından formalaşmışdır. Bu tayfanın izi Quba bölgəsində Yuxarı, Aşağı və Orta Xuç adı ilə yaşamasını İ.şahbazov qeydə almışdır. O, Hoçaz sözündəkə az ifadəsini "kadus" etnosu ilə əlaqəli olduğunu yazır. Yəni Hoçaz kəndinin adının "Sisəak, silər, saklar" və "Kadus, kazlar, uzlar" da olduğu kimi bu etnonimdə də kuç və az tayfa adlarından formalaşmışdır. Bir sözlə Hoçazlıların ulu babaları ən qədim dövrlərdən burada yaşayan, Zərdüşlülüyü hifz edən çox qədim kuç türk tayfalarıdır.
Hoçaz Kəndin ərazisində yerləşən abidələr, xüsusilə, "Köhnə Hoçaz" adlanan sahədəki qədim tikili yerləri, kəndin mərkəzində yerləşən bu günədək qədər qorunub saxlanmış IV-VII əsrə aid alban məbədi və Ziyrik kəndinə aşırımdakı "Dev damları" adlanan nəhəng daşlarla örtülmüş qədim kurqanlar Hoçaz kəndinin arxivinin, demək olar ki, eramızdan əvvəllərə aid olduğuna dəlalət edir.
Hoçaz Hoçaz rayon ərazi mərkəzi Laçın şəhərindən 18 km məsafədə yerləşən Hoçaz kəndi olmaqla Avazlar, Mollalar və Uludüz kəndlərini əhatə edir. Kəndin sahəsi 1889 hektardır.
Hoçaz Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.