Top 10 similar words or synonyms for həyəcanının

diplodocus    0.675139

qızdırmasının    0.669447

primula    0.669418

polimorfizm    0.668810

miqalomorf    0.667573

düşüklər    0.666784

ampermetrlər    0.662915

eotyrannus    0.662224

cryolophosaurus    0.659965

schwab    0.659778

Top 30 analogous words or synonyms for həyəcanının

Article Example
Dağlaləsi həyəcanı Dağlaləsi həyəcanının məhşurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" () adlı əsərin böyük rolu olmuşdur. Makkeyə görə bir nöqtədə tək bir Semper "Augustus" soğanı üçün 12 akr (5 hektar) ərazi təklif edilmişdir. Makkeyn, qiymətlərin ani formada dəyişməsi nəticəsində investorların iflas etməsini və Hollandiya bazarlarında ciddi böhran keçirdiyni iddia edirdi. Bütün bu fikirlər tarix boyu bir çox şəxslər tərəfindən ciddi qəbul edilməmişdir. Ancaq buna baxmayaraq müəllifin əsəri dəfələrlə çap edilmişdir. Bir çox iqtisadiyyatçılar dağlaləsi həyəcanının adi böhran olduğunu qeyd edirlər. Bəziləri həyəcanın qiymət dəyişikliyi səbəbiylə reallaşa bilməyəcəyini iddia edir.
Dağlaləsi həyəcanı Qoldqar (), dağlaləsi həyəcanının iqtisadi və ya spekulyativ bir şar olmasa da başqa bir səbəbdən ötəri Hollandiya xalqı üçün təsirinin böyük olduğunu müdafiə edir. "Maliyyə böhranı çox az adama təsir etmiş olsa da dağlaləsi həyəcanının təsiri diqqətçəkən idi. Bütün bir dəyər mühakiməsi sorğulanacaq hala gəldi." 17-ci əsrdə bir çiçək qədər məşhur bir şeyin dəyərinin çox adamın bir illik gəlirini keçməsi xəyal edilə biləcək bir şey deyil. Yalnız yayda yetişən çiçəklərin qiymətlərinin qış ayında bu qədər dəlicə dalğalanmasını düşünmək "dəyər" anlayışını tam bir xaosa sürümüşdür".
Dağlaləsi həyəcanı 1636-37-ci illərdə lalə müqavilələrinin qiymət artımı və enişi yaşadığı mövzusunda şübhə yoxdur, lakin təəccüblü bir qiymət artımı və enişi belə bir spekulyativ şarın meydana gəlib sonra itdiyi nəticəsi bizə səbəb ola bilməz. Lalə həyəcanının iqtisadi şar kimi qiymətləndirilə bilməsi üçün lalə soğanlarının qiymətlərinin daxili dəyərlərindən uzaqlaşmış olması lazım idi. Müasir iqtisadçılar qiymətlərdəki artım və enişin niyə şarla nəticələnməyəcəyini açıqlayan dəlilləri təqdim etmişdir.
Dağlaləsi həyəcanı dağlaləsi həyəcanının dövrümüzdəki problemləri şotland jurnalist Çarliz Makkeyin 1841-ci ildə nəşr etdiyi "Fövqəladə kütləvi yanılmalar və izdihamların həyəcanı" kitabı ilə başlamışdır. Makkey kitabında kütlələrin bəzən ağıldankənar davrandığını, dağlaləsi həyəcanı hadisəsinin də bu faktın "Cənub dənizi partlayışı" və "Missisipi Şirkəti" ilə birlikdə ən qabaqcıl nümunələrindən olduğunu bildirir. İddialarının qaynağı böyük nisbətdə Con Bekmenin "İxtiralar, Kəşflər və köklərin tarixi" adlı 1797-ci ildə nəşr olunan işinə söykənir. Əsasında Bekmenin və bu səbəbdən Makkeyin iddiaları 1637-ci ildə anonim yazarlar tərəfindən yaradılan üç anonim kitabça dayanır. Makkeyin kitabı nəsillər boyu iqtisadçılar və birja iştirakçıları arasında məşhurluğunu qorumuşdur. dağlaləsi həyəcanının spekulyativ bir partlayış kimi təqdim edən ön mühakiməli açıqlaması 1980-ci illərdən sonra iqtisadçılar tərəfindən araşdırılsa da, şöhrəti davam etmişdir.
Dağlaləsi həyəcanı Zompson dövr ərzində dağlaləsi soğanlarındaki gerçək satışların eyni səviyyələrdə qaldığını bildirir. Bu səbəbdən Zompson, çılğınlığın əslində müqavilə öhdəliklərdəki dəyişməyə bağlı rasional bir reaksiya olduğunu müdafiə edir. Gələcək əməliyyatlar və opsiyon müqavilələrindəki ödənişlərə dair məlumatlardan istifadə edən Zompson, dağlaləsi soğanı müqaviləsi qiymətlərinin rasional iqtisadi bir modelin nəzərdə tutduğu bir şəklə yaxın olaraq dalğalandığını söyləyərək "müqavilə qiymətlərinin dağlaləsi həyəcanının əvvəlində, əsnasında və sonrasında bazar fəaliyyəti anlayışının diqqətə çarpan bir nümunəsini meydana gətirdiyini" iddia edir.
Dağlaləsi həyəcanı Dağlaləsi həyəcanı () — Hollandiyada Qızıl Dövründə dağlaləsi (Tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir.
Dağlaləsi həyəcanı 1630-cu illərdə müvafiq olaraq qeyd edilən qiymət məlumatlarının yoxluğu dağlaləsi həyəcanının güclənməsinə səbəb oldu. İqtisadçı Peter Garber 1633 və 1637-ci illər arasında satışda olan 39 növdə 161 soğandan məlumat toplamışdır, onlardan 53-ünün "Gaergoedt and Warmondt" (GW) tərəfindən qeydi aparılmşdır. Partlayışın son günü – 5 fevral 1637-ci ildə son dərəcə dəyişən doxsan səkkiz qiymət məlumatı qeyd edilmişdir. Satışlar birdən-birə bazar meöanizmi ilə reallaşdırılmışdır, kommersiya müqavilələri satılır, əkinçilər öz spot satışlarını edir, eyni zamanda notarius tərəfindən təsdiq edilmiş kommersiya müqavilələrilə məşğul olurdular. Mülk satışları da olurdu. Garbera görə "Mövcud qiymət məlumatları almalarla armudların qarışdırılmasından ibarətdir".
Dağlaləsi həyəcanı Dağlaləsi həyəcanı haqqında 1630-cu ilə qədər məlumatlara tarixi mənbələrdə rast gəlinmir. Bu ildən sonra da əldə edilən məlumatlar, ətraflı və ya etibarlı deyildir. Yalnız XIX əsrdən etibarən əldə edilən məlumatlar dağlaləsi həyəcanının tarixi haqqında məlumat verməyə imkan verir. İqtisadiyyatçılar öz araşdırmalarında qeyd etmişlər ki, XV əsrdə bir çox məhsulların qiyməti sürətlə artmış və ya azalmışdır. Məsələn, bəzi çiçək növləri də dağlaləsi kimi ilk dəfə gətirildiyində yüksək qiymətə satılırdı. Qiymətlərin yüksək olmasının səbəblərindən biridə dövrün parlamenti tərəfindən müqavilələrin aşağı bir əvəz qarşılığında ləğv edilməsinə imkan verən və müqaviləni qəbul edən şəxsin risklərini azaldan bir qanun çıxaracaq olması istiqamətindəki gözləntiləri ola bilər.
Qızıl hərisliyi Bütün bu tapıntılar Rusiyada əsil qızıl həyəcanının başlamasına səbəb olmamışdır.Əsil qızıl həyəcanı 1830-1860-cı illərdə başlamış və bütün Sibiri əhatə etmişdir.Axtarış dəstələri qısa zamanda şərqə və şimal-şərqə irəlilədilər.1830-c ildə Tobolsk quberniyasında və Krasnoyarsk dairəsində, 1833-1836-cı illərdə Yeniseysk quberniyasında, 1838-ci ildə Yuxarı Tunquskanın qollarında, 1843-cü ildə isə Lena çayının hövzəsində qızıl səpintiləri kəşf edildi.İlk çağlarda qızılaxtaranların əksəriyyətinin hətta elementar bilikləri belə yox idi.Qızıl sənayeçisi V.D.Skryabinin qeydlərindən görünür ki, Şərqi Sibrin bütün məlum səpintiləri Moşarov, İvanov, Şimayev, Familtsev və digər səpintilər tacirlər tərəfindən aşkar edilmişdir.8-13 nəfərdən ibarət olan axtarış qruplarına sağlam və fiziki baxımdan dözümlü kişilər cəlb edilirdi.Baharın ilk günlərindən havalar mülayimləşən kimi onlar piyada və ya atla bir neçə aylığa tayqaya yola düşürdülər.Qış aylarında böyük tonqallar qalanır və torpağın donu açıldıqdan sonra qumlarda qızılın miqdarını təyin etmək üçün şurflar – dəriliyi bir neçə metr olan şaquli və ya maili quyular qazırdılar.Zəngin bit ton qumda on qramlarla qızıl olan səpintini tapmaq üçün qızılaxtaran dəstələri qışda da şurf qazır və ya az qızıllı qumluqları tərk edirdilər.Qızıl axtaranların kiçik dəstələri iri artellərlə əvəz olunurdu.Sibirin qızıl mədənlərində əsasən orada sürgündə olanlar işləyirdi.1834-cü ilə olan məlumata görə, sürgündə olanların 82% qızıl sənayesində çalışdırdı.1850-1854-cü illərdə isə bu rəqəm 51% olmuşdur.Digər tərəfdən qızılaxtaranların sırasını Rusiyanının mərkəzi quberiniyalarının kəndliləridə qoşulurdu.