Top 10 similar words or synonyms for epopeyada

simvolizmin    0.634616

bayatılarda    0.633494

nadanlığın    0.625204

meyarıdır    0.620041

piratlıq    0.611396

nəsihətamiz    0.610675

rahibliyi    0.609966

poemalarda    0.609898

lessinqin    0.605851

buffa    0.605434

Top 30 analogous words or synonyms for epopeyada

Article Example
Epopeya Epopeyada ümumxalq həyatı əsas yer tutur və demək olar ki, burda bütöv xalq həyatı təsvir olunur. Bu əsərdə əsas surətlər xalqı təmsil edir. Epopeyada yazıçı bütöv xalq hərəkatını, ümumi əhvali-ruhiyyəni əks edir. Epopeya kompozisiya cəhətdən mürəkkəb, süjet etibarilə çoxşaxəli olur. Məsələn: Lev Tolstoyun "Hərb və sülh" romanında 600-ə qədər surət iştirak edir.
Tulepberqen Kaipberqenov T.Kaipbergenovun «Qaraqalpaqlar haqqında dastan» trilogiyası çoxproblemli əsərdir. Əlbəttə, bu epopeyada müəllif psixologizmdən ustalıqla istifadə edə bilməsəydi, heç də bu dərəcədə tutarlı və dərin məzmuna malik yetkin xarakterli, realist boyalarla zəngin əsər də yarada bilməzdi. Əsər özündə psixoloji-məhəbbət kolliziyaları ilə zəngin təcrübəni əks etdirir.
Onore de Balzak Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri – "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" və digər romanlar daxildir.
Eyvind Yonson 1934-1937-ci illərdə Yonson dörd cildlik "Uluf haqqında roman" əsəri üzərində işləmişdi. Öz həyat yolunu əsas götürən müəllif epopeyada bir yeniyetmənin çətinlik və məhrumiyyətlərdən keçərək sosial ədalət uğrunda fəal mübarizə və fəhlə hərəkatının liderinə çevrilməsi prosesini göstərmişdi. Bu təkcə bir şəхsin deyil, həm də həqiqi sosializm və sosial-demokratiyanın bərqərar olduğu İsveç cəmiyyətinin keçdiyi yolun təsviri idi.
Vladislav Reymont 1902-1908-ci illərdə polyak yazıçısı əsas əsərini – 4 cildlik "Kəndlilər" romanını çap etdirdi. Mövzusuna, ruh və koloritinə görə başdan-başa Polşaya bağlı olan bu roman-epopeyada tədqiqatçılar həm də müəyyən universallıq görür və onu Tomas Hardinin, Emil Zolyanın romanları ilə müqayisə edirlər. "Kəndlilər", həqiqətən də, böyük ilham və zəhmətin bəhrəsi idi. Müəllif sonrakı yaradıcılığında bu romandakı bədii sənətkarlıq səviyyəsinə yüksələ bilməmişdi. Onun digər əsərləri içərisində avtobioqrafik səciyyəli "Хəyalpərvər"i (1911) və Kostyuşko üsyanına həsr edilmiş üç cildlik "1794-cü il" tariхi romanını (1914-1918) fərqləndirmək mümkündür.
Tulepberqen Kaipberqenov Trilogiyada T.Kaipbergenov qaraqalpaqların tarixi konsepsiyasını, xalqın keçmişinə münasibəti, müasir həyatını və gələcəyə aparan yolu arayaraq bədii nöqteyi-nəzərdən mükəmməl şəkildə inikas etdirir. Əsərin aparıcı motivi qaraqalpaqların birliyi məsələsidir. Bu məsələləri bədii şəkildə əks etdirirək, müəllif hadisələri heç də idealizələşdirmir. Burada köməyə bədii təfəkkürün tarixiliyi gəlir. Sənətkar XVIII-XIX əsrlərdə qaraqalpaq həyatını modernizələşdirmir. Trilogiyaya daxil edilən «Maman biy», «Aramsız», «Müəmmalı» romanlarından hər biri Maman bəyin, Aydos bəyin və Yernəzər Alagözün xalqla gələcək uğurunda mübarizələrini əks etdirir. Adları çəkilən qəhrəmanların hər biri qaraqalpaq tarixinin mühüm bir hissəsini təşkil edir. Onlardan hər biri qaraqalpaqlar arasında tayfa-qəbilə nifaqının dayandırılması, Xivə, Xarəzm xanlarına qarşı mübarizədə birləşmədə əvəzsiz rol oynamışdır. Lakin heç də qəhrəmanların hər biri xalq tərəfindən doğru-dürüst başa düşülməmiş, anlaşılmamış, bəzən satqın adlandırılmışdır. Bütün bunlara baxmayaraq, qəhrəmanlar öz fəaliyyətində daim ardıcıllıq nümayiş etdirmişlər. Baş qəhrəmanların ölümü, onların kişi qeyrətli xanımlarının dul qalması və s. məqamlar da trilogiyada inandırıcı şəkildə təsdiqini tapır. Müəllif epopeyada faciəviliyə qədər yetişə bilir. O, qaraqalpaqların hətta yer üzündən silinə bilmə təhlükəsinin elə detallarını verir ki, oxucu bu məqamları həqarətsiz oxuya bilmir. Trilogiyanın birinci cildində müəllif müqəddimədə yazır: «Keçmiş indiki zamanın müəllimidir. Müəllimin səhvlərini təkrarlamasın deyə, şagird o səhvləri son dərəcə yaxşı bilməlidir… Səhvlərə baxıb öyrənirik» - bütün zamanların və xalqların müdrikləri söyləmişlər.