Top 10 similar words or synonyms for diary

seven    0.932760

murder    0.932109

years    0.929504

classics    0.926193

beyond    0.924872

beauty    0.923877

mystery    0.922819

into    0.922756

fear    0.922699

notes    0.922561

Top 30 analogous words or synonyms for diary

Article Example
Future Diary "Xoşbəxt sonluq" yaxınlaşdıqca Yuki Arunun son anda verdiyi ipucu haqqında fikirləşməyə başlayır. Yuki Yuno ilə ilk dəfə cinsi əlaqədə olduqdan və Yunonu öldürməkdənsə, ikisinin eyni anda intihar etməsini təklif etdikdən sonra Arunun ipucusu haqqında da söz açır. Bu zaman Yuno qəfildən Yukini balta ilə öldürməyə çalışır, Yuki bu gözlənilməz hərəkətdən çaşmış qalmış vəziyyətdə qaçmağa başlayır. Bu zaman Yukinin dadına Murmur yetişir. Murmur ona başa salır ki, onun əslində yaşadığı dünya ikinci dünyadır. Hazırda onu öldürməyə çalışan Yuno birinci dünyanın Yunosudur və əvvəlki — birinci dünyada baş tutan ilk ölüm oyununda qalib gəlibmiş və tanrı olubmuş. Murmur isə onun xidmətçisinə çevrilibmiş. Birinci dünyanın Yunosu tanrı olduqdan sonra Yukini diriltməyə çalışmış, lakin tanrı olduqda belə insanları dirildə bilməyəcəyini anladıqdan sonra Yuki ilə yenidən bu oyunu oynamaq üçün keçmişə — ikinci dünyaya gəlmişdir. İkinci dünya ikinci dünyanın Yunosunu öldürərək onun yerinə keçmiş və özünü ikinci dünyanın Yunosu kimi göstərmişdir. Eyni zamanda birinci dünyanın Murmuru da ikinci dünyanın Murmurunun yerinə keçmişdir.
Future Diary Birinci dünyanın Murmuru izahatını bitirdikdən sonra Yuno başa salır ki, hər ikisinin ölməsi mənasızdır. Əgər Yuki onu öldürməyəcəksə, onda əvvəl-axır Yuno onu öldürməli olacaq. Yunonun əsl niyyəti Yukini öldürmək, yenidən tanrı olmaq, yenidən keçmişə — üçüncü dünyaya qayıdıb Yuki ilə yenidən bu oyunu oynamaqdır. Yuno Yukini az qala öldürəcək ikən, ölmüş hesab olunan 9-cu gündəlik sahibi Minene Uryuu qəfildən peyda olaraq Yukini xilas edir. Yuno və Murmur onları tərk edərək üçüncü dünyaya gedirlər, lakin Yuki və Minene onların arxasınca gələ bilirlər. Minene başa salır ki, ikinci dünyada Deus Murmurun və Yunonun paralel dünyalardan olduqlarından şübhələnibmiş, onların oyunu korlamaqlarının qarşısını almaq üçün Mineneyə öz gücünün bir hissəsini veribmiş və onu ölü kimi göstəribmiş. Üçüncü dünyaya çatanda başa düşürlər ki, hazırda oyunun başlamasına iki il var. Minene əvvəlki dünyalarda gündəlik sahiblərinin başına gələn bədbəxt hadisələrin qarşısını alır. Bunun nəticəsində üçüncü dünyanın Yunosu başa düşür ki, onun valideynləri onu qorumaq istəyirlər. Yuki birinci dünyanın Yunosunu üçüncü dünyanın Yunosunu öldürməməyə razı salır. Yuki ondan onu öldürməsini və dünyasına qayıdaraq özü üçün daha yaxşı dünya yaratmasını istəyir. Lakin Yukiyə olan sevgisinə görə Yuno Yukini öldürə bilmir və əvəzində özünü öldürür. Oyun başa çatır və Yuki ikinci dünyanın yeni tanrısı olur.
Future Diary "Asread" studiyası tərəfindən Naoto Hosodanın rejissorluğu ilə çəkilən anime serialı 10 oktyabr 2011-ci ildə yayımlanmağa başlamışdır. Personajları Eyci Hirayama və Ruriko Vanabe dizayn etmişdirlər. Səkkiz dəqiqəlik pilot seriyası manqanın 11-ci cildinin məhdud nəşri ilə birlikdə 9 dekabr 2010-cu ildə yayımlanmışdır. Anime serialı üçün 4 mahnıdan istifadə olunmuşdur: iki açılış və iki bağlanış mahnısı. İlk 14 seriyada açılış mahnısı kimi Yosey Teykoku tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı kimi Faylan tərəfindən ifa olunan ""Blood Teller"" () mahnısı səsləndirilmişdir. 15-ci seriyadan etibarən açılış mahnısı Faylan tərəfindən ifa olunan ""Dead End"" () mahnısı, bağlanış mahnısı isə Yosey Teykoku tərəfindən ifa olunan ""Filament"" () mahnısı olmuşdur. Pilot seriyası üçün istifa olunmuş əsas mahnısı Yosey Teykokunun ""The Creator"" () mahnısıdır. "Funimation" anime serialını Şimali Amerika regionu üçün lisenziyalaşdırmış və "Niconico" vasitəsilə yayımlamışdır.
Future Diary "Kadokawa Shoten" manqa əsasında adlı vizual roman istehsal etmişdir. Vizual roman Yaponiyada 28 yanvar 2010-cu ildə buraxılmışdır. Oyunun yeni qrafiklərə və stilə malik, personajları animedəki seyyuular tərəfindən səsləndirilmiş yeni versiyası 26 aprel 2012-ci ildə satışa buraxılmışdır.
Future Diary 21 aprel 2012-ci ildən 30 iyun 2012-ci ilə kimi "Fuji TV"-də 11 seriyadan ibarət dorama yayımlanmışdır. Doramanın anime və manqadan fərqlənən orijinal süjet xətti var.