Top 10 similar words or synonyms for deportasiyaları

təmizləmələr    0.658705

reydlər    0.632877

nifrətin    0.632711

nilotlar    0.632516

pisləməsi    0.628722

tuvaların    0.623885

latışların    0.619410

təriqətçilər    0.616714

koalisiyasına    0.612866

ixtişaşlar    0.612823

Top 30 analogous words or synonyms for deportasiyaları

Article Example
Qarabağ münaqişəsi 1948-1953 illərdə Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşayıb və bu da azərbaycanlıların Ermənistandan kütləvi deportasiyaları ilə nəticələnib. Rəsmi məlumata görə, 1948-1953-cü illərdə 250 mindən artıq azərbaycanlı Ermənistandan Azərbaycanın Kür-Araz ovalığı rayonlarına köçürülüb.
Albaniyada holokost Hesab edilir ki, alban Holokostunun təşkilində əsas rolu kollaborasionizm hökumətinin daxili işlər naziri Cafer Deva oynamışdır. O, yəhudilər, qaraçılar və slavyanlara qarşı cihad elan etmişdi və nasist konslagerlərinə deportasiyaları təşkil edirdi. (Eyni zamanda, bəzi tədqiqatçılar iddia edirlər ki, Cafer Deva və onun silahdaşı Aqo Aqay soyqırım tərəfdarı deyil idilər və nasistlərin bir neçə min adamı məhv etməsinin qarşısını almışdılar.)
Belçikada holokost Belçika faşist siyasi partiyalarının üzvləri fəal sürətdə yəhudilərin deportasiyasına kömək etməyə çalışırdılar. Flamand Milli Birliyi və "Algemeene-SS Vlaanderen" deportasiyaları təşviq edirdilər, bununla yanaşı "Xalq Müdafiəsi" () kimi tanınan assosiasiya deportasiyalara kömək etmək və Belçikadakı antisemitizm tərəfdarlarını bir araya yığmaq üçün yaradılmışdı. İşğalın ilk dövrlərində onlar daha sərt anti-yəhudi qanunları üçün mübarizə apardılar. Həm "Reksis partiyası", həm də FMB öz partiya qəzetlərində mütəmadi olaraq antisemitik məqalələr çap etdirirdilər.
Soyqırım Sovet İttifaqında baş vermiş qeyri-təbii kütləvi ölümlər haqqında bir-neçə sənədli mənbə var. Bunlara 1920-ci və 1930-cu illərin əvvəllərində olmuş geniş Sovet aclıqları və etnik azlıqların deportasiyaları daxildir. Rusiya vətəndaş müharibəsi zamanı bolşeviklər Don kazaklarına qarşı soyqırım kampaniyası həyata keçirdilər. Ən real hesabata əsasən 1919-1920-ci illərdə 3 milyon əhalidən 300-500 mini öldürülmüş və sürgün edilmişdir. 1932-33-cü illər Sovet aclığı Ukraynaya, Qazaxıstana və Rusiyanın bəzi sıx məskunlaşmış regionlarına təsir etmiş, Ukraynada "Qolodomor" adlandırılmışdır. Aclığa 1933-cü ildə Ukraynada, Qazaxıstanda, Şimali Qafqazda və Rusiyanın digər əyalətlərində yığımın tamamilə müsadirəsi və kəndlilərə özləri üçün çox cüzi ərzaq saxlanılması səbəb olmuşdur. Hesablamalara görə bütün Rusiyada 10 milyon, o cümlədən Ukraynada 7 milyon, Şimali Qafqazda 1 milyon və digər bölgələrdə daha 1 milyon insan ölmüşdür. Regionlara hər hansı yardım və qidanın daxil olmasının qadağan olunması da buna təsir etmişdir. Prezident Yuşşenkonun rəhbərliyindəki Ukrayna dövləti bunun beynəlxalq aləmdə soyqırım aktı kimi tanınmasına cəhd etmişdir. Bu hərəkət Rusiya hökuməti və Ukrayna parlamentinin bəzi üzvləri tərəfindən etirazla qarşılanmışdır. 2006-cı ilin noyabrında Kiyevdə Qolodomoru soyqırım kimi tanıyan 10 digər dövlətin siyahısı olan böyük bir lövhə ilə anım mərasimi keçirilmişdir: Avstraliya, Argentina, Gürcüstan, Estoniya, İtaliya, Kanada, Litva, Polşa, ABŞ, Macarıstan. Ukrayna məhkəməsi 2010-cu il 13 yanvarda İosif Stalini, Vyaçeslav Molotovu, Lazar Kaqanoviçi, Stanislav Kozyoru, Pavel Postişevi, Vlas Çubarı və Mendel Xatayeviçi soyqırım törətməkdə təqsirli bildi. 2010-cu ildə Moskvanın rəsmi mövqeyi belə oldu ki, aclıq baş verib, lakin bu, etnik soyqırım olmayıb, hal-hazırkı Rusiyayönümlü Ukrayna prezidenti Viktor Yanukoviç bu mövqeyi dəstəkləmişdir.
Cənubi Osetiya Lakin Sovet hakimiyyətinin sonunda, 80-ci illərin sonundan etibarən iki xalq arasındakı düşmənçilik yenidən qabarmağa başladı. Gürcülər osetinləri yaşadığı ərazilərdən zorla qovmağa başladılar. Buna cavab olaraq osetinlər 1988-ci ildə Cənubi Osetiya Xalq Cəbhəsini yaratdılar. 1989-cu ildə Gürcüstan Ali Soveti bütün Gürcüstan ərasində gürcü dilinin yeganə rəsmi dil olduğunu elan etdi, 1990-cı ildə isə bütün regional təşkilatları qanunsuz elan etdi. Bu osetinlərin böyük narazılığına səbəb oldu, bunun ardından 1990-cı ilin 20 Sentyabrında Cənubi Osetiya Demokratik Respublikası SSRİ daxilində müstəqil elan olundu. Dekabr ayında Cənubi Osetiyada parlament seçkiləri keçirildi. Lakin Gürcüstanın millətçi prezidenti Zviad Qamsaxurdiya (qeyd edək ki, onun özü milliyətcə gürcü yox meqrel olsa da özü qatı gürcü millətçisi idi) bu seçkiləri qanunsuz elan edərək Sxinvaliyə qoşun göndərilməsini əmr etdi. 1991-ci il Yanvarın 5-də gürcü ordusunun Sxinvaliyə daxil olması ilə Cənubi Osetiya müharibəsi başladı. Gürcülər Cənubi Osetiyada böyük dağıntılar və qırğınlar törətsə də, Rusiya qoşunlarının və osetin könüllülərinin köməyi ilə Cənubi Osetiya gürcülərdən azad edildi. Müharibənin davam etdiyi bir vaxtda Cənubi Osetiyanın qərbində 200 nəfərin ölümünə səbəb olan güclü zəlzələ baş verdi. Nəhayət 1992-ci ildə Gürcüstan atəşkəsə razılıq verdi. Buna Gürcüstanın hərbi olaraq müharibəni uduzması yox, Gürcüstanın öz daxilindəki hərc-mərclik və Rusiyanın təzyiqi səbəb olmuşdur. Müharibə nəticəsində təxminən 1.000 nəfər həyatını itirdi, 100.000 nəfər osetin isə gürcülərin nəzarətindəki əraziləri tərk edərək Şimali Osetiyaya məskunlaşdılar. Osetin qaçqınlar həmin ərazilərdə əsasən Stalinin deportasiyaları zamanı öz torpaqlarından qovulmuş inquşların torpaqlarında məskunlaşdılar ki, bu da yerli inquşlarla osetinlər arasında yeni qarşıdurmaya səbəb oldu. Bundan başqa 23.000 gürcü Cənubi Osetiyaya məxsus ərazilərdən qovuldu. Həmin ildən etibarən ATƏT-in nəzarəti altında sülhməramlı qüvvələr regionda xidmət etməyə başladılar. Həmin sülhməramlıların əksəriyyəti rus qoşunları idi. Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra gürcü-osetin münaqişəsi yenidən hərbi qarşıdurmaya çevridi. 2004-cü ilin iyun ayından etibərən gürcü qoşunları ilə osetin döyüşçüləri və rus əsgərləri arasında bir neçə döyüş baş verdi. Gürcülərin məqsədi Cənubi Osetiyada mövcud olan qara bazarın fəaliyyətinə tamamilə son qoymaq və bu yolla osetinləri əsas gəlir mənbəyindən məhrum etmək idi. Həmçinin paytaxt Tbilisidə gürcülərin oyuncaq şəkildə qurduğu Cənubi Osetiya höküməti fəaliyyətə başladı. Avqust ayına qədər davam edən və çoxlu sayda insanın ölümünə səbəb olan döyüşlərdə heç bir tərəf ciddi uğur əldə edə bilmədi. Avqustun 13-də tərəflər arasında atəşkəs imzalandı.