Top 10 similar words or synonyms for balkanlardakı

suriyadakı    0.728613

bizansı    0.727295

krallıqlarının    0.717217

boğdan    0.715662

dalmaçya    0.714515

ordularına    0.713217

donanmasını    0.707571

selevk    0.707563

moreya    0.701020

imperiyasını    0.695539

Top 30 analogous words or synonyms for balkanlardakı

Article Example
Osmanlı sülaləsi XIV əsrin sonlarında Bayazid Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth etməyə hazırlaşırdı və bu məqsədlə də Asiya sahillərində Anadoluhisar qalasını tikdirdi. Lakin gözlənilmədən Bizansa şərqdən kömək gəldi.
Ədirnənin fəthi Osmanlı dövlətinin Balkanlardakı fəthlərini həyata keçirən qoşunlara, Osmanlı sultanı Orxan Qazinin ən böyük oğlu Süleyman Paşa komandanlıq edirdi. Etdiyi fəthlərdən sonra bölgədə Paşa bəylərbəyliyi qurulmuşdu. Bəylərbəylik qərbdə Keşan ilə İpsala arasında Yayla dağından və Malkara ilə Hayrabolunu ayıran dağlıq ərazidən keçir, Mərmərə dənizi sahillərində Tekfurdağı qəsəbəsi cənubunda Durbinlər təpəsi və Xoraya qədər olan bir ərazini əhatə edirdi.
İspaniya tarixi 1999-cu ildə İspaniya-Rusiya münasibətlərində olan duman keçdi. Asnar Moskvaya rəsmi səfər etdi. Lakin prezident Yeltsin İspaniyanın Balkanlardakı əməliyyatlarda iştirakına görə Asnarı qəbul etmədi. Lakin 2000-ci ildə münasibətlər normaya düşdü. Putin prezident seçildikdən sonra ilk dəfə İspaniyaya səfər etdi.
Varna döyüşü Dünyanı sarsıdan məhvedici Varna döyüşü türk əsgərlərinin çox parlaq qələbələrindən biridir. Zəfərin qazanılmasında II Muradın baş sərkərdəliyi birinci dərəcəli rol oynamışdı. Varna zəfəriylə Balkanlardakı türk varlığı və hakimiyyəti qəti şəkildə qəbul etdirilmiş, Macarıstan ordusu dağıdılmışdı. II Murad qələbədən sonra yenidən taxta qayıtdı və xaçlılarla 4 il sonrakı revanşda - II Kosova döyüşündə xaçlı ordusunun izini-tozunu Balkanlardan silib atdı.
Makedoniya bulqarları 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı * Makedoniya Respublikasının torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi.
Makedoniya müharibələri Romalıların əsas qüvvələri İtaliyada Hanniballa məşğul olduqları üçün, Balkanlardakı əməliyatlara kiçik qoşun ayrılmışdı. Lakin say üstünlüyünə malik makedoniyalılar qətiyətsiz hərəkət edirdilər; romalılar isə kifayət qədər qüvvələrinin olmamasından, ellinistik aləmdə baş verən Makedoniya əleyhinə çıxışları hər cürə dəstəkləyirdilər. E.ə 205-ci ildə müharibə sülhlə bitdi, lakin Roma ilə Makedoniya arasındaki münasibətlər tənzimlənməmiş qaldı. Buna baxmayaraq Roma Yunanıstana öz təsirini artıra bildi.
Rusiya-İran müharibəsi (1804-1813) Rus qoşunları Rusiya-Türkiyə müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sıra qələbələr qazandılar. M.İ.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə, Türkiyə zaqafqaziyanın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi.
II Vilhelm İmperatorun Britaniya donanması ilə rəqabətə girə biləcək hərbi dəniz donanmasını yaratmaq cəhdi Londonda mənfi qarşılanır və XX əsrin əvvəlində ingilis-alman dəniz silahlanmasında yarışmaya səbəb olur. Onun əsas müttəfiqi Avstriya-Macarıstan monarxiyasının Balkanlardakı ekspansiya siyasətini və onun Osmanlı imperiyasını dəstəkləməsi Rusiya ilə olan münasibətlərini həddən artıq kəskinləşdirir. Avropanın nəhəng dövlətləri arasında olan konfliktlər, Vilhelmin Böyük Britaniya və Rusiya ilə şəxsi qohumluq və dostluq müasibətlərinin olmasına baxmayaraq Birinci dünya müharibəsinin başlanmasını dayandırmaq mümkün olmamışdır.
Qaqauziya Qaqauzlar ortodoks xristian mənşəli etnik türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlardakı Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq qeyd edilmişdir. Bəzi müəlliflərə görə qədim Kutriqurların davamçılarıdır. Necə yarandıqları haqqında 19 fərqli iddia var. XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslavlığı qəbul etmişlər daha sonra Osmanlı hakimiyyəti altında qalmışlar. Tadeuş Yan Kovalskinin fikrincə Qaqauzlar Səlcuq sultanı II Keykavusla birlikdə Dobruca bölgəsinə gəlmiş, zamanla xristianlığı qəbul etmişlər. Bu ideyaya görə "Qaqauz" adı elə Keykavusdan gəlir. Başqa bir iddiaya görə Qaqauzlar özünü əsl bulqar və ya slavyan olmayan bulqar kimi görürdülər və buna görə də onlar qədim bulqarlardır.
Lanqobardlar Qepidlərlə bağlanmış barışığın müddəti başa çatdıqda - 552-ci ildə tərəflər arasında müharibə yenidən başlandı. Qepidlər bu dəfə imperator I Yustinianı slavyanların imperiyanın Balkanlardakı əyalətlərinə soxulmasının qarşısını alacaqları təqdirdə köməklik göstərəcəyinə nail olsalarda, imperator sonra öz fikrindən dönərək qepidləri dəstəkləməkdən imtina etdi və lanqobardlara böyük qoşunla yardım göndərdi. Lakin Ulpiana şəhərində (Meziyada qədim roma şəhəri – indiki Serbiya yaxınlığında) dini zəmində baş vermiş ixtişaş nəticəsində yalnız Audoinin qaynı – tyurinqlərin sonuncu kralı Qermenefredin oğlu Amalafrid öz dəstəsi ilə gəlmişdi. Tərəflər arasında döyüş Asfeld düzündə baş verdi. Lanqobard döyüşçülərinin başında Audoinin oğlu Alboin dururdu, qepidlərin başında isə kral Turizindin oğlu Turismond dururdu. Döyüş zamanı Turismond Alboin tərəfindən öldürüldü. Öz sərkərdələrinin həlak olmasını görən qepid döyüşçüləri çoxlu itkilər verərək geri çəkilməyə məcbur oldular. Qepid kralı Turizind dərhal lanqobardlarla sülh bağladı: sülhün şərtlərinə görə qepidlər lanqobard taxtına iddiası olan Xildiqisi öldürdülər, lanqobardlar isə keçmiş qepid kralı Elmundun (Helmund) oğlu Ustriqotu öldürdülər.