Top 10 similar words or synonyms for aləmşahın

karabakhskydrum    0.931695

دریاچه    0.927557

alianza    0.927158

ningbo    0.926527

suivi    0.925961

szn    0.925426

collectors    0.925287

evinəcən    0.925184

вассалы    0.924607

taşiro    0.924352

Top 30 analogous words or synonyms for aləmşahın

Article Example
Muradiyə Külliyəsi (Bursa) Kvadrat planlı türbənin divarları bir sıra kəsmə daş və iki sıra kərpiclə hörülmüş, 12 pəncərə ilə işıqlandırılan türbənin daxili Ayətül-kürsi yazıları ilə bəzədilmişdir. Türbənin inşa tarixi dəqiq olmasa da, 1480-ci illərdə inşa olunduğu məlumdur. Türbədə Gülruh Xatun və qızı Qəmərşah Xatun, Şahzadə Aləmşahın qızı Fatma Xatun və oğlu Osman dəfn olunmuşdur.
Şahzadə Aləmşah 1502/1503 tarixində vəfat etmişdir. Şahzadə Aləmşah Muradiyə Külliyəsindəki Cem Sultan türbəsinə dəfn edilib. Aləmşahın oğlu Çankırı bəyi Osman (ö. 1502) əmisi Yavuz Sultan Səlim tərəfindən öldürülüb, Gülruh Sultan türbəsinə dəfn edilib. Türbədə bundan başqa 1502-ci ildə vəfat edən Gülruh Sultan və 1522-ci ildə ölən qızı Fatma Sultan dəfn edilib.
Qəmərşah Sultan Qəmərşah Sultan (d. 1476 - ö. ?) - II. Bəyazid və Gülruh Xatunun qızı, Şahzadə Aləmşahın doğma bacısıdır. Qoca Davud Paşanın oğlu Kürəkən Qoca Mustafa Paşa ilə evləndirildi. Sultanzadə Osman adlı bir oğlu olduğu məlumdur. Bursa şəhərində oğlu ilə birlikdə anasının türbəsinə (Gülruh Xatun türbəsinə) dəfn edilmişdir.
I Səlim II Bəyazidin 8 oğlu var idi; oğulları yaş sırası ilə Abdullah, Şahənşah, Aləmşah, Əhməd, Qorqud, Səlim, Mehmed və Mahmuddur. Əhməd, Qorqud və Səlim xaricindəkilər atasının sağlığında ölmüşdülər. Səlim Trabzon, Qorqud Saruhan, Əhməd Amasya bölgəsində hakim idi. Səlimin oğlu Süleyman Kəfə; Əhmədin oğlu Bolu sancaqbəyi idi. Karaman hakimi Şahzadə Şahənşahın ölümü üzərinə, Beyşehirdə olan oğlu Mehmed Konyaya təyin edildi; Şahzadə Aləmşahın oğlu Osman isə Çankırı sancaqbəyi idi. Şahzadə Mahmudun oğlu Orxan atasının Manisaya keçməsi ilə Kastamonu bəyliyinə təyin edildi, Mahmudun digər oğlu Musa isə Sinop bəyi olmuşdu. Şahzadə Mahmudun ən kiçik oğlu Əmirxan isə, çox kiçik olduğundan hələ təyin edilməmişdi.
I Səlim Səlimin Osmanlı taxtına oturması problemli olmuşdur. Atası Bəyazid başda olmaq üzrə dövlət adamları tərəfindən gələcək padşah olaraq görülən Şahzadə Əhməd, Yavuzun iqtidarı ələ keçirməsini qəbul etmirdi. Əhməd; Konyada hökmdarlığını elan etməklə qalmamış, 19 iyun 1512-ci ildə oğlu Ələddini göndərərək Bursanı da ələ keçirmişdir. Ələddin, Bursa Subaşını öldürərək padşahlıq əlaməti olan xütbəni atası Şahzadə Əhməd adına oxutmuşdur. Bu vəziyyətə qarşılıq Səlim, 29 iyul 1512-ci ildə Bursaya keçərək Ələddini şəhəri tərk etməyə məcbur etmişdir. Bu hadisənin üzərinə, Şahzadə Əhməd tərəfdarı olan və onunla gizli ünsiyyəti də olan Sədrəzəm Qoca Mustafa Paşanı edam etdirən Yavuz, 4. dəfə Herseqli Əhməd Paşanı sədrəzəmliyə gətirmişdir. Yavuz, problem çıxarmaması üçün; Saruhan hakimi ikən ölən Şahzadə Mahmudun oğulları Kastamonu bəyi Orxan (1494-1512), Əmirxan (Əmirxan hələ kiçik olduğundan sancaqbəyliyinə getməmişdir) və Sinop bəyi Musa (1490-1512)'nı; Şahzadə Aləmşahın oğlu Çankırı bəyi Osmanı və Şahzadə Şahənşahın oğlu Mehmed bəyi aradan qaldırdı.