Top 10 similar words or synonyms for əlihəsən

niftulla    0.884547

atakişi    0.875557

ayşad    0.871019

firuddin    0.867765

umarov    0.866616

aftandil    0.865502

zeynаlоv    0.865145

mütəllib    0.863917

bəylərova    0.863651

mirələkbər    0.861902

Top 30 analogous words or synonyms for əlihəsən

Article Example
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv  xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931–ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur.  İlk  dövrlərdə orkestrin  dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq  kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur.  İlk heyəti  Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov,  Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə.Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur. Orkestrin repertuarı xalq mahnı və təsniflərindən, rənglərdən ibarət olsa da tezliklə  Müslüm Maqomayev, Üzeyir Hacıbəyli, Səid Rüstəmov orkestr üçün yeni əsərlər yazmağa başlayırlar. Belə ki, radionun yaradılmasına həsr olunmuş  Müslüm Maqomayevin RV-8 (Radio marşı), Üzeyir Hacıbəylinin 1 və 2 №li fantaziyaları, Səid Rüstəmovun mahnıları orkestrin repertuarını daha da genişləndirir. 1936-cı ilin aprel ayında I Ümumittifaq Radio festivalında iştirak edib mükafat qazanan orkestr, 1937-ci ildə Moskva və Leninqrad  şəhərlərində uğurla konsertlər verir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünə hazırlaşarkən Üzeyir Hacıbəyli “Arşın mal alan” musiqili komediyasını xalq çalğı alətləri orkestri üçün işləməyi Səid Rüstəmova həvalə edir. 1938-ci il aprelin 9-da Moskva şəhərində “Böyük teatr”ın səhnəsində göstərilən “Arşın mal alan” musiqili komediyası böyük uğur qazanır.  Ertəsi gün isə göstərilən tamaşa radio vasitəsi ilə yayımlanaraq geniş dinləyici kütləsinə təqdim edilir.