Top 10 similar words or synonyms for şeffild

nottingem    0.873574

sauthempton    0.822062

qlazqo    0.819295

aberdin    0.803626

lund    0.794161

lids    0.783652

sürix    0.782262

birminhem    0.781832

osaka    0.781172

makgill    0.779271

Top 30 analogous words or synonyms for şeffild

Article Example
Şeffild Şeffild ( ) — Böyük Britaniyada, İngiltərənin Cənubi Yorkşir qraflığında,Yorkşir və Humber bölgəsində böyük şəhərdir.
Şeffild Universiteti 1995-ci ildə universitetin Tibb, stomatologiya və səhiyyə fakültəsində Tibb bacısı və Mamalıq Məktəbi açılır, Uinter küçəsindəki Sent Corc xəstəxanası genişləndirilir, Nortern ümumi hospitalının yeni binası istifadəyə verilir. 1997-ci ildə Şeffild Universiteti əcnəbi tələbələrin buraya cəlb edilməsi ilə bağlı layihələr həyata keçirir. 2000-ci illərdə Şeffild Universitetinin tələbələrinin sayı sürətlə artaraq 20000-i ötür, ali məktəbdə milyonlarla funt-sterlinq dəyərində tikinti-quruculuq və tədqiqat proqramları həyata keçirilir.
Şeffild Universiteti Universitetin Senatı ali məktəbin akademik işləri ilə məşğuldur. Bu, universitetin ən nüfuzlu elmi orqanıdır və senatın üzvləri vitse-kansler, 3 institusional və 5 fakültə pro-vitse-kanslerləri, fakültə dekanları və əməkdaşları, departamentlərin və məktəblərin rəhbərləri, kitabxanaçılar, əməkdaşlar arasından seçilmiş şəxslər, hər fakültədən seçilmiş tələbə, magistr və doktorantlar arasından seçilmiş iki tələbə, Senat katibi və digər şəxslərdir. Kansler universitetdə formal xarakter daşıyır, əsasən elmi dərəcələrin verilməsi tədbirlərində iştirak edir. Şeffild Universitetinin hazırkı kansleri ser Piter Edvard Middlton, vitse-kansleri isə 2007-ci ildən bu vəzifəni daşıyan professor Kit Bernettdir. Universitetdə ümumilikdə 5533 nəfər işçi çalışır. İşçilərin 397 nəfərini professor, 1160 nəfərini akademik, qalanlarını isə inzibati heyət təşkil edir.
Şeffild Universiteti 2009-2010-cu tədris ilində Şeffild Universitetinin illik gəlirləri 408610000 funt-sterlinq olub. Həmin vəsaitin 125775000-i maliyyə şurası qrantları, 126822000-i təhsil haqqı və təhsil sazişləri, 98748000-i tədqiqat qrant və sazişləri, habelə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. Bu tədris ilində ali məktəbin ümumi xərcləri 388929000 funt-sterlinq olub. Göstərilən məbləğin 218186000-i əməkdaşların əməkhaqqı, 32128000-i amortizasiya, qalanlarını isə digər əməliyyat xərcləri təşkil edib.
Şeffild Universiteti Şeffild Universiteti Russell, N8 qruplarının, Avropa Universitetləri Assosiasiyasının, Dünya Universitetləri Şəbəkəsinin və Ağ Qızılgül Universitetləri Konsorsiumunun üzvüdür.
Şeffild Universiteti Saf elmlər fakültəsinə Heyvan və bitki aləmi elmləri, Riyaziyyat və statistika, Tibbi biologiya elmləri, Kimya, Molekulyar biologiya və biotexnologiya, Fizika və astronomiya, Psixologiya departamentləri aiddir.
Şeffild Universiteti Yunanıstanın Saloniki şəhərindəki Siti Kollecdə fəaliyyət göstərən universitetin Beynəlxalq fakültəsi Biznes administrasiyası və iqtisadiyyat, Kompüter elmləri, Psixologiya, Humanitar və sosial elmlər departamentlərindən, İcraedici Təhsil Mərkəzindən ibarətdir.
Şeffild Universiteti Şeffild Universiteti bir neçə orqan tərəfindən idarə olunur. Həmin orqanlara İcraçılar Şurası, Universitet məhkəməsi, Şura və Senat daxildir. İcraçılar Şurasının üzvləri vitse-kansler, 5 pro-vitse-kansler, 3 institusional pro-vitse-kansler (Tədqiqat və innovasiya, Təhsil və tədris, Xarici əlaqələr üzrə), qeydiyyatçı və katib, maliyyə üzrə direktor, insan resursları (əməkdaşlar) üzrə direktor, elmi katibdir. Universitet məhkəməsi universitet və cəmiyyət arasındakı əlaqələri tənzimləyən böyük orqandır və ruhani olmayan şəxslərdən ibarətdir. Məhkəmənin üzvləri Şeffild şəhərindən olan deputatlar, yepiskoplar, eləcə də Cənubi Yorkşir polis xidmətinin əsas konsteblləridir (İngiltərə və ABŞ-da aşağı polis rütbəsi). Məhkəmə həmçinin İncəsənət Şurası, Kral cəmiyyəti, Baş Tibbi Şuradan ibarətdir. Şura universitetin maliyyə və mülkiyyət işlərinə nəzarət edir.
Şeffild Universiteti 2010-2011-ci tədris ilində Şeffild Universitetində yerli və Avropa Şurası ölkələrini təmsil edən tələbələrin bakalavr səviyyəsində təhsil haqqı 3000 funt-sterlinq təşkil edib. 2011-2012-ci tədris ilində həmin məbləğin 6000-9000 funt-sterlinqə qədər qaldırılması nəzərdə tutulur. Təhsil haqqının qaldırılması yalnız yerli və Avropa Şurası ölkələrini təmsil edən tələbələr üçün nəzərdə tutulub. 2011-2012-ci tədris ilində universitetdə bakalavr səviyyəsi üzrə oxuyan əcnəbi tələbələrin təhsil haqqı İncəsənət və İctimai elmlər fakültələrində 11490-13330, Saf elmlər fakültəsində 13330-15100, Mühəndislik və Tibb fakültələrində 15100-27290 funt-sterlinq olacaq. Həmin tədris ilində magistratura və doktorantura səviyyələri üzrə oxuyan tələbələrin təhsil haqqı yerli tələbələr üçün 3732-18732 (Tibb fakültəsində), əcnəbi tələbələr üçün isə 11490-42290 (Tibb fakültəsində) funt-sterlinq arasında dəyişir.
Şeffild Universiteti İlk vaxtlar universitet zəif inkişaf etsə də, 1950-1960-cı illərdə ali məktəb sürətlə irəliləməyə başlayır. Həmin dövrlərdə Şeffild Universiteti tələbələrinin sayı getdikcə artır, yeni alimlər cəlb edilir, binalar tikilir, geniş tədqiqatlar aparılır.