Top 10 similar words or synonyms for üzvlüyündə

düymələrini    0.668368

arroyo    0.667113

sparadok    0.666636

peşəkarı    0.666465

tomazzo    0.665536

əmirxizi    0.663957

fqkaulxw    0.658659

biganəliyi    0.658484

inteqrasiyasını    0.658008

anarxistlər    0.657628

Top 30 analogous words or synonyms for üzvlüyündə

Article Example
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası Səyahət Agentliyi Akkreditasiyası sadəcə səyahət mütəxəssisləri üçün uyğundur. Tam akkreditasiya(Akkreditasiya- səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınması prosedurudur) agentlərə İATA-nın üzvlüyündə olan havayollarının adından bilet satışına icazə verir.
Həmkarlar ittifaqı Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
Uilyam Krimer Krimer İngiltərədə, Hampşirdə kiçik kasıb işçi sinifi olan bir ailənin uşağı olaraq doğulmuşdur. Doğumunun ardından ailəsi onu, digər iki qardaşıyla birlikdə uşaqlar evinə buraxaraq onları tərk etmişdir. 15 yaşına çatanda bir dülgər sexində şagird olaraq işə başladı. 1852-ci ildə isə Londona gedərək dülgər ustalığı etməyə başlamışdır.30 yaşına çatdığında işçilərin gündə doqquz saat işiylə əlaqədar Londonda dülgərlər ilə birlikdə kampaniya təşkil etdi. Bu kampaniya sayəsində London Ticarət Şurası üzvlüyündə milli bir lider halına gəldi.
Azərbaycan Xalq Partiyası Partiya üzvlüyündə olan gənclər 40%, qadınlar isə 10% təşkil edirlər. 2009-cu ildə 10 nəfər yeni üzvün qəbul olunduğu qeyd edilir. 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində partiya müşahidəçi qismində iştirak etmişdir. 2005-ci il Azərbaycan Milli Məclisinə seçkilərdə 1 namizədlə iştirak etmiş və "Azadlıq" blokunun tərkibində həmin namizəd (Pənah Hüseyn) millət vəkili seçilmişdir. Sonuncu bələdiyyə seçkilərində 50 nəfərlə təmsil olunmuş və 2 nəfər seçilmişdir.
İlhan Arsel Ankara Universiteti Hüquq Fakültəsini bitirdi. Cenevrə Universiteti Hüquq Fakültəsində doktorluq etdikdən sonra, 1942-ci ildə dosent və professor oldu. Otuz ildən çox bir müddət ərzində universitet təhsil üzvlüyündə tapıldı; Ankara Universiteti Hüquq Fakültəsində konstitusiya hüququ dərsləri verdi. 27 may dövlət çevrilişindən sonra yeni bir konstitusiya layihəsi hazırlamaqla vəzifəli on nəfərlik İstanbul Komissiyasına və daha sonra Qurucu Məclis Ön Layihəsını meydana gətirən beş nəfərlik komissiyaya üzv seçildi. 10 iyun 1966 tarixində Prezident Cövdət Sunay tərəfindən Respublika Senatına Kontingent Senatoru olaraq seçilmiş ancaq Məclisə qatılmadan istefa etmişdir. 1971-ci ildə mərkəzi Nyu-Yorkda olan "Inter-University Associate" quruluşuna məsləhətçi və tədqiqatçı olaraq alındı ​​və bu quruluşun xronoloji şərh əsasına görə yayımladığı "Constitutions of the Countries of the World" ("Dünya ölkələri konstitusiyaları") adlı 14 cildlik əsərin "Türkiyə" və "Belçika" hissələrini (1971-ci il etibarilə) hazırladı. 1975-ci ildə dərs verməkdə olduğu Ankara Polis İnstitutundan istefa etdi. 1977-ci ildə Ankara Universiteti Hüquq Fakültəsindən də istefa etdi. Bu tarixdən etibarən araşdırma və təhsil fəaliyyətlərinə davam etdi. Xüsusilə bu illərdən etibarən ölümünə qədər İslama və İslam peyğəmbərinə istiqamətli tənqidi yanaşmasını sərgilədiyi kitabları bəzi seqmentlərin şiddətli reaksiyasına səbəb oldu. Can təhlükəsizliyi baxımından ABŞ-a yerləşdi. 7 fevral 2010 bazar günü, Floridada (ABŞ) həyatını itirdi.
İspaniya tarixi İspaniya 1970-ci ildə Rio-Muni və Fernando adalarına müsiəqillik verdi. 1975-ci ildə o, Helsinki müşavirəsində iştirak etdi və ATƏT-in üzvü oldü. 1976-cı ildə o, İspaniya Saxarasından öz qoşunlarını çıxartdı. 1973-cü illdə İspaniya ilə Çin arasında diplomatik münasibətlər yarandı. 70-ci illərin ikinci yarısında da İspaniya xarici siyasətində yenə də frankist rejimdə olduğu kimi, ABŞ və Qərbi Avropa ölkələri ilə normal münasibətlərin saxlanılmasına xüsusi əhəmiyyət verirdi. 1976-cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq haqqında müqavilə bağlandı. Hərbi bazalarının saxlanılması müqabilində ABŞ İspaniyaya 1 milyard 250 milyon dollar həcmində hərbi-iqtisadi kömək göstərdi. İspaniya Almaniya Demokratik Respublikasını tanıdı. Franko rejimi devrildikdən sonra İspaniyanın inkişaf etməkdə olan ölkələrlə münasibətləri daha da yaxşılaşdı. O, Fələstin Azadlıq təşkilatına 1977-ci ildə Madriddə öz nümayəndələyini açmağa icazə verdi. 1977-ci ildə İspaniya və SSRİ arasında diplomatik münasibətlər yaradıldı. 1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin.
Azərbaycan Atletika Federasiyası Atletika – bir idman növü olmaqla yanaşı, həm də digər fiziki hazırlıq tələb edən növlərin hərəkətverici qüvvəsini təşkil edir. Azərbaycanda atletikanın müəyyən ənənələri də var. Hələ keçmiş SSRİ yığmasının tərkibində ilk olimpiya medallarımızdan birini məhz atletimiz Yuri Konovalov qazanıb. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4X100 metr məsafəyə qaçış üzrə gümüş medala layiq görülüb. Atletika üzrə Avropa və dünya rekordçularımız da olub. Lakin 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində baş verən siyasi proseslərlə əlaqədar bu idman növü Azərbaycanda böyük tənəzzülə uğrayıb. Həmin illərdə bir çox mütəxəssislər Azərbaycanı tərk edib, idmançılar ümumiyyətlə idmandan ayrılıblar. Ölkəmiz müstəqillik qazandıqdan sonra – 1992-ci ildə AAF təsis olunub. Maraqlıdır ki, federasiya təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1990-cı illərin əvvəllərində yüngül atletika Avropada çox güclü inkişaf etdiyi halda, Asiyada təzə-təzə inkişafa başlayırdı. Demək olar ki, Asiyada Yaponiyadan başqa heç bir ölkədə atletika irəliləyişə nail olmamışdı. Bu halda Azərbaycan atletlərinin Asiyada nəyəsə nail olmaq imkanları daha çox idi. Görünür, elə buna görə də AAF-ın o vaxtkı rəhbərliyi Asiya Atletika Federasiyasına üzv olmağı daha münasib sayıb. Həmin vaxtlar böyüklərdən ibarət atletlərimiz olmasa da, yeniyetmələrin yarışında Asiyada müəyyən müvəffəqiyyətlər qazanılmışdı. Məsələn, 1997-ci ildə Sergey Boçkov yeniyetmələr arasında Asiya birinciliyində bürünc medal əldə etmişdi. 1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılıb. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmayıb. Buna görə də AAF 1998-ci ilədək Asiya miqyaslı yarışlarda təmsil olunub. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində isə federasiyamızın EAA-ya üzvlüyü reallaşıb. Çingiz Hüseynzadə EAA-ya üzvlüyün vacibliyini belə əsaslandırır: "Asiya üzvlüyündə qalmaq düzgün deyildi. Azərbaycan dövləti Avropa siyasi ittifaqlarının, Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvüdür. Bu halda AAF Asiyada qala bilməz. Çox qəribədir ki, Asiyadan Avropaya keçid prosesi də çox uzun müddət tələb edirdi. Asiya Atletika Federasiyası bizi buraxmaq istəmirdi, indiyədək də öz tədbirlərinə dəvət edir".